SON DƏQİQƏ

“Bunların çoxu efirə özü də hallı çıxırlar”

Tarix:9-07-2018, 12:25

Bu gün Azərbaycan gəncliyinin ən ağrılı yerlərindən biri də inkişaf etməkdə olan gəncliyin bayağı mahnılarla uçuruma sürüklənməsidir. Mətnlərində içkinin, siqaretin və narkotikin təbliğatı aparılan bu mahnıların qarışısının alınmasında da heç kim maraqlı deyil. Elə internetdə Üzeyir-yazıb axtarış verəndə, qarşımıza ilk olaraq Üzeyir Hacıbəyov yox, Üzeyir Mehdizadə çıxır. Görünür bunlar artıq internet üzərindən də Azərbaycan klassiklərini üstələyiblər. 

Sözsüz onları qınasaq da, zövqsüz tamaşaçının hesabına belə mahnıları oxuyanlar bahalı, xarici avtomobillər idarə edirlər. Amma heç bir məna kəsb etməyən belə mahnıların isə ömrü elə də uzun olmur. Bir həftə və ya bir aydan sonra sanki bu mahnıları yox imiş. Ən ağrılısı isə taksi və marşurutlara minərkən baş verir. Sürücü sənin zövqünə yox, öz zövqünə hesablanmış bu bayağı mahnılarla həm pulunu alır, həm də mənzil başına çatanadək sənə işgəncə verir. 

Oxunan mahnıların bir neçəsinin mətninə nəzər salaq: 

canın yansın az, nə bomba şeysən
mənə çox eləmə naz, nə bomba şeysən
bu vidnən sənə qiymət afərindi
görən deyir bu qız necə də şirindi
sən canın bu dəri sən öz dərindi
ya sürtmüsən maz, nə bomba şeysən 
canın yansın az nə bomba şeysən...

Belə bir mahnıya ağıllı adamın nə ictimai yerdə, nə də evində qulaq asması mümkün deyil. Amma çox təəssüflər olsun ki, bu kimi bayağı mahnı mətnlərini hər yerdə bizə dürtüşdürməkdə israrlıdırlar. 

Üzeyir Medizadənin "O, mənim olmaldır” adlı bir mahnısı var. Mahnının sözlərində müəllif onu demək istəyir ki, o, mənim olmaldır, onsuz yaşaya bilmərəm:

onsuz yaşaya bilmərəm
heç zaman gülə bilmərəm
özümə də gəlmərəm
mənim olmalıdır o, 

Qafiyə xətrinə bir-birinin ardınca düzlümüş söz yığını  kimə lazımdır ki? Düşünmürsünüzmü ki, bu gün elə sevdiyi qıza və ya oğlana gözə intihar edən gənclərin ölümünə səbəb elə belə mahnı mətnləridir. Bir çox mahnı mətnlərində sevdiyi qızın onu atıb getdiyini, dilə gətirən müəllif gah qıza doğulacaq oğluna onun adını qoymasını, gah da evləndiyi oğlana salam deməsini xahiş edir. Bu gün əgər bunu edən kimsə varsa, kiminsə ərinə salam deməkdənsə, elə belə adamların özünü asaraq intihar etməsi məsləhətdir. 

Daha bir mahnı mətninə fikir verin:

Səni sevdim mən hədər oldu
niyə axı ömrüm kədər oldu
sevgimiz qəmli əsər oldu, sevgilim...

Yenə sıradan biri olan adamların qələmə aldığı daha bir bayağı mahnı mətni. Yazını hazırlayarkən məcbur olub belə mahnıları mən də dinləyəmə məcbur oldum. 

Həmişə müğənnilər tənqidi ilə seçilən Əli Mirəliyev açıqlamasında bildirdi ki, Azərbaycan televiziyasında bir çox telekanallar belə adamları efirə çıxarmaqdan belə çəkinmir:

"Bu adamlar Azərbaycan musiqisini məhv ediblər. Ağızlarına gələni oxuyurlar. Bir çox telekanallarımız var ki, bu adamları efirə çıxarır. Bunların qarşısını almaq lazımdı. Mən Üzeyir Mehdizadəni o vaxtı tənqid elədim. Üzeyir geri çəkildi və ondan sonra nə qədər belə bayağı mahnı oxuyanlar ortaya çıxdı. Bunların oxuduqları mahnının janrı bilinmir. Bir deyir meyxanadı, digəri deyir öz ritmimdi. Bunların çoxu efirə özü də hallı çıxırlar. Buna nəzarət edən yoxdur, özbaşınalıq baş alıb gedir”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ