münsiflər heyəti Killian Merfinin baş rolda çəkildiyi "Peaky Blinders” ("Ülgüc günlüklər”) teleşousunu ilin ən yaxşı dramatik serialı seçib.

 

Premyerası 2013-cü ildə baş tutmuş serial, İngiltərənin Birminqem şəhərində 19-cu əsrin sonlarında "at oynatmış” quldur qaraçı dəstəsindən bəhs edir.Teleşou real hadisələr əsasında lentə alınıb.

Serialın dördüncü mövsümü 2019-cu ildə nümayiş olunacaq.

İlin ən yaxşı xarici serialı adına isə məşhur yazıçı Marqaret Etvudun "Damazlıq qızın hekayəti” adlı romanı əsasında çəkilmiş eyni adlı serial layiq görülüb.