SON DƏQİQƏ

"Nə günahıma, nə əməlimə, nə savabıma kimsə cavabdeh deyil” -Nura qəzəbləndi

Tarix:9-04-2018, 12:21

Müğənni Nura Suri maraqlı açıqlamaları ilə yadda qalıb.
sənəti "Space” TV-də yayımlanan "El bizim, sirr bizim” verilişinin qonağı olub.

O, çıxışı zamanı kiminsə fikrinə münasibət bildirməyin yanlış olduğunu söyləyib: "Əslində, bu, səhv bir şeydir. Mən düşünmürəm ki, sosial şəbəkələrdə şərh bölməsi açıq olmalıdır. Statusu yazdın, kim bəyəndi-bəyənmədi bu, onun öz fikridir. Nəyə görə şərait yaradılmalıdır ki, mənim etdiyim nəyəsə kimsə qiymət versin. Bu, kökündən səhvdir. Mənim etdiyim nəyəsə heç kim cavabdeh deyil. Nə günahıma, nə əməlimə, nə savabıma…”

Müğənninin fikrincə, belə olan halda insanlar səhv yola yönəlir: "Biz müasirlikdən danışırıq. Keçmiş dövrlərdə kimsə eşidəndə ki, onun haqqında nəsə danışıblar, həmin adama hədiyyə alıb aparırmış. Bunu o məqsədlə edirmişlər ki, "çox sağ ol günahlarımı bağışladın”. Bu, günah sayılır. Əgər dindən danışmaq istəyirsinizsə, bu dillə danışım. Bilib dediyin qeybətdir, olmayanı demək böhtan”.

Nura Surinin sözlərinə görə, keçmişdə qeybət edən insanları bu yolla utandırırdılar. Müğənni əlavə edib ki, bu gün hamı özünə qeybət etməyi borc bilir.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ