Dogru.Tv > Ölkə İçi > ““Ümid var” kimi verilişlərin hamısı bağlanacaq” – MTRŞ-dan şok qərar

““Ümid var” kimi verilişlərin hamısı bağlanacaq” – MTRŞ-dan şok qərar


Tarix: 14-03-2014, 15:06. Müəllif: Deyanet
““Ümid var” kimi verilişlərin hamısı bağlanacaq” – MTRŞ-dan şok qərar
“İnsanları və ictimaiyyəti narahat edən bütün televiziya verilişləri bağlanacaq”.

Bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ATV telekanalının “Ümid var” verilişinin martın 15-dən fəaliyyətini dayandırması ilə bağlı verilən qərara münasibət bildirərkən deyib. N. Məhərrəmli bildirib ki, bu cür verilişlər MTRŞ tərəfindən qəbuledilməzdir: “Sosial problemi olan ailələr üzərində bu cür addımların atılması ən azı mədəniyyətsizlikdir. Bu cür verilişlər bütün ictimaiyyəti narahat edir. Ona görə də, bütün telekanallarda bu tipli verilişlərin dayandırılmasına nail olacağıq”. ATV-nin Bədii Şurasının “Ümid var” verilişinin bağlanması ilə bağlı qərarını müsbət qiymətləndirən N.Məhərrəmli qeyd edib ki, bu düzgün atılan addımdır: “Teleradio Şurası televiziyalarda da bu səpkili verilişlərin bağlanması üçün lazimi işlər görəcək. Çalışacağıq ki, insanları, ictimaiyyəti narahat edən bu cür verilişlər efirə çıxmasın”.

Geri Qayıt