SON DƏQİQƏ

“Deputatın sürücüsü kimlərinsə adını əfv siyahısına saldırıb”

Tarix:17-09-2020, 17:15

"Əfv Komissiyasının üzvü olan bir deputatın sürücüsü kimlərinsə adını əfv siyahısına saldırıb”.

Bu barədə YAP-çı deputat Elman Nəsirov parlamentdə məlumat verib. O qeyd edib ki, bu barədə ona siqnal daxil olub: "Mən bilmirəm o hansı deputatın sürücüsüdür. Ancaq hər halda bu məsələ araşdırılmalıdır. Kimlərsə sürücülər vasitəsilə adının siyahıya salınmasına nail olur”.

***

 

Komitə sədri Zahid Oruc həmkarının fikrinə münasibət bildirib.

O qeyd edib ki, bu kifayət qədər ciddi ittihamdır: "Əgər bir sürücünün əfv siyahısı ətrafında bu qədər səlahiyyəti olubsa bunu müəyyənləşdirmək lazımdır. Mən həmin adamın özünün daha sonra əfvinin necə olacağını bilmirəm. Hər halda jurnalistlər də bu məsələni araşdıra bilər”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ