www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Ermənilər Azərbaycan tərəfə niyə keçir?

Ermənilər Azərbaycan tərəfə niyə keçir?

Bölmə: Ölkə İçi
Ermənilər Azərbaycan tərəfə niyə keçir?
Hərb Müdafiə Nazirliyi Ermənistan tərəfindən olan insanların tez-tez sərhədi keçərək Azərbaycan tərəfinə keçməsinin qarşısının alınması məqsədi ilə Silahlı Qüvvələrimizə əlavə tapşırıqlar verilməsi məsələsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, müdafiə nazirinin məsələ ilə əlaqədar verdiyi əmrinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir:

“Müdafiə nazirinin əmrinin tələblərinə uyğun olaraq düşmənlə təmas xəttində yerləşən bölmələrimizdə bütün müvafiq tədbirlər həyata keçirilib və hazırda da keçirilir”.