www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » "Sovetski əhli" mühacirətə üz tutdu.

"Sovetski əhli" mühacirətə üz tutdu.

Bölmə: Ölkə İçi, Cəmiyyət, Araşdırma, Manşet1
Doğru.tv-yə daxil olan məlumatda bildirilir ki,artıq vaxtilə Sovetski adlanan məhəllədə yaşayan sakinlərdən bəzi ailələr, evlərinin sökülməsindən sonra ölkə vətəndaşlığından imtina edərək mühacirətə üz tutublar. Səbəb kimi isə ölkədə əmlak hüququnun qorunmamasını, digər hüquqlarının hakimiyyət orqanları tərəfindən pozulduğunu göstərirlər.
Qeyd edək ki, bir müddət əvvəl Sovetski sakinləri yaşadıqları ərazidəki evlərinin sökülməsinə və verilən kompensasiyaların ödənişləri zamanı baş verən qanunsuzluqlara etiraz edərək aksiyalar da təşkil ediblər. Əllərinin hər yerdən üzüldüyünü idda edən sakinlər artıq çıxış yolunu ölkəni tərk etməkdə görüblər.
Hal-hazırda Almaniyada mühacirət həyatı yaşayan, köhnə Sovetski sakini Səmədov Emil Məhəbbət oğlu bildirib ki, əvvəllər də siyasi əqidəsinə görə müxtəlif təqiblərə məruz qalması və sonradan artıq əmlakının da sökülərək yerinə təyin olunmuş kompensasiyanın ödənişində yazılan rəqəmlərin üst-üstə düşməməsi onu ölkəni tərk etməyə məcbur edib:
“Bu hakimiyyətə qarşı danışanlar, müxalif əqidədə olanlar əvvəllər təqib olunurdu .İndi isə artıq yaşamağa da imkan vermirlər. Evimizi sökdülər. Açıq-aydın dedilər ki, xoşunuza gəlmirsə, çıxın gedin burdan. Nə etməliyik? Çarəm ancaq ölkəni tərk eləməkdir. Bir olkədə ki, nə sözümü dinləyən var, nə özümü qoruyan, necə yaşa bilərəm axı? Evsiz-eşiksiz, işsiz-gücsüz, nə qədər qala bilərdik ki. Zatən əvvəldən bizi bu yola sürüklədilər.”
Emil Səmədov hazırda ailəsi ilə birlikdə Almaniyada qaçqınlar üçün nəzərdə tutulmuş düşərgədə olduğunu bildirir və ehtimal edir ki, Sovetskidən mühacirətə gedənlərin sayı artacaq.