www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Azərittifaq qalmalıdır yoxsa çoxdan ləğv olunmalı idi?


Azərittifaq qalmalıdır yoxsa çoxdan ləğv olunmalı idi?

Bölmə: Ölkə İçi
Azərittifaq qalmalıdır yoxsa çoxdan ləğv olunmalı idi?
“Azərittifaq”-Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı adlanan qurum SSRİ dövründə kənd təsərrüfatı mallarının bazara çıxarılması ilə məşğul olurdu. Azərbaycanın müstəqillik illərində Azərittifaqın fəaliyyəti demək olar ki, gözə dəymir.Son vaxtlar onun ləğv olunacağəndan çox danışılır. Azərittifaq qalmalıdır yoxsa çoxdan ləğv olunmalıdır?

Aqrar məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyir ki, yeni təsərrüfat sistemində hökumət tərəfindən yaradılmış təşkilatlara ehtiyac yoxdur. Onun sözlərinə görə, həmin təşkilatlarda rəqabət mühiti olmur. Ekspert deyir ki, Azərittifaq yeni təsərrüfat sisteminin tələblərinə cavab vermir.

Vahid Məhərrəmov deyir ki, köhnə sistemi bərpa etmək və dirçəltmək indiki şəraitdə yolverilməzdir. Onun sözlərinə görə belə qurumların hazırda bazara buraxılması yaxşı hal deyil.

Vahid Məhərrəmov: "yeni təsərrüfat sisteminin tələblərinə cavab vermir"

İqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, Azərittifaqın dövlət tərəfindən ləğvi mümkün deyil. Ekspert deyir ki, onun fəaliyyətinin əvvəlki kimi görünməməsinin kifayət qədər səbəbləri var.

Qubad İbadoğlunun fikrincə, təşkilatın fəaliyyətini dondurmasındansa səmərəliliyini artırması daha yaxşı olardı. Ekspertin sözlərinə görə belə təşkilatlar belə, sağlam rəqabət şəraitində çox yaxşı fəaliyyət göstərə bilər.

Qubad İbadoğlu: "fəaliyyətini dondurmaqdansa, səmərəsini artırsa, daha yaxşı olar"

Azərittifaqın sədr müavini Tənzilə Rüstəmxanlı bildirir ki, Azərittifaq ictimai bir qurumdur və onun ləğvinə öz qurultayı xitam verə bilər. Onun sözlərinə görə Azərittifaq əvvəl hansı fəaliyyətlə məşğul idisə, bu gün də həmin fəaliyyətini davam etdirir.

Tənzilə Rüstəmxanlı bildirir ki, ölkənin iqtisadi durumundan asılı olaraq son vaxtlar böhran şəraiti təşkilatın fəaliyyətinə də təsir edib. Azərittifaqın sədr müavini deyir ki, təşkilatın fəaliyyətini yaxşılaşdırmaq üçün addımlar davam etdirilir.