SON DƏQİQƏ

“Azərbaycan jurnalistləri həmişə dinə qarşı yox, dini geriliyə qarşı çıxıb”

Tarix:27-12-2017, 21:53

Əflatun Amaşov: "Həsən bəy Zərdabi nümunəsi buna sübutdur”
"Azərbaycan jurnalistləri dinə qarşı yox, dini geriliyə qarşı çıxıblar”.

Bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib. Millət vəkili media tariximizin bu cür nümunələrlə zəngin olduğunu qeyd edib:

"Azərbaycan jurnalistləri həmişə xurafata qarşı çıxıb, xurafata qarşı mübarizə aparıblar. Mediamız dinə, dini dəyərlərə qarşı mübarizə aparmayıb. Medianın hədəfi xurafat olub. Həsən bəy Zərdabi buna nümunədir. "Əkinçi”də də bu meyllər hiss olunur. Bu gün də xurafata, dini radikalizmə qarşı mübarizədə medianın önəmi böyükdür. Medianın cəmiyyətdə düzgün dini maarifləndirmə işi aparması xurafat və dini geriliyə qarşı mübarizədə ən təsirli tədbirdir. Bu baxımdan media üzərinə düşən məsuliyyəti dərindən dərk etməli, bundan sonrakı fəaliyyətində də diqqətli olmalıdır”.
 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ