www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Hansı xarici televiziyaya baxmağı MRTŞ təsdiqləməlidirmi?


Hansı xarici televiziyaya baxmağı MRTŞ təsdiqləməlidirmi?

Bölmə: Ölkə İçi
Hansı xarici televiziyaya baxmağı MRTŞ təsdiqləməlidirmi?
Azərbaycanda kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici telekanalların siyahısı təsdiqlənib. Milli Televiziya və Radio Şurasının təsdqilədiyi siyahıda kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici telekanalların sayı 262-dir.Belə bir siyahıya ehtiyac nədən yaranır?Təsdqilənmək üçün meyar nədir?

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli deyir ki, Milli Teleradio Şurasının belə bir siyahı tərtib etməsi qanuna uyğun deyil. Onun sözlərinə görə, Milli Teleradio Şurasının belə bir siyahı tərtib etməsi bilavasitə qanunvericilikdə olan normaların kobud şəkildə pozulması və özünə aid olmayan səlahiyyətlər çərçivəsində mövcud yayımçıların seçim imkanlarını məhdudlaşdırmaqdır.

Ekspert onu da bildirir ki, siyahıya baxdıqda Azərbaycan tamaşaçısı üçün çox ciddi təhlükəsizlik problemi yarandığının şahidi oluruq.

Ələsgər Məmmədli: "Bu, yayımçıların seçim imkanlarını məhdudlaşdırmaqdır"

Radio, televiziya üzrə ekspert Qulu Məhərrəmlinin sözlərinə görə, Milli Teleradio Şurasının kabel televiziyaları ilə yayıla biləcək kanalların siyahısını hazırlaması qanunazidd olmasa da, burda o kanallları çeşidləmək istəyi hiss olunur.

Qulu Məhərrəmli deyir ki, bu istəyi də təbii qarşılamaq lazımdır. Ekspert bildirir ki, bəzən həmin kanallar Azərbaycanı kəskin tənqid edən materiallar yayımlayırlar və Milli Teleradio Şurası da bunları əsas götürüb, həmin kanalların yayımlanmasının qarşısını almaq istəyir.

Qulu Məhərrəmli: "kanallları çeşidləmək istəyi hiss olunur"

Milli Televiziya və Radio Şurası Aparat rəhbəri Toğrul Məmmədov bildirir ki, siyahı tərtib olunarkən həmin kanalların liseziyasının olub olmamasına xüsusi diqqət yetirilib.

Onun sözlərinə görə, heç bir fərq qoymadan lisenziyası olan bütün televiziya kanalları həmin siyahıya salınıb. Toğrul Məmmədov deyir ki, həmin siyahının tərtibində hansısa telekanala qərəzli yanaşma qoyulmayıb.

Toğrul Məmmədov: "siyahının tərtibində hansısa telekanala qərəzli yanaşma olmayıb"
Toğrul Məmmədov: "siyahının tərtib