www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » İBRAHIM NEHRƏMLI QARDAŞLARI MILLƏT VƏKILINƏ DƏ ATDILAR

İBRAHIM NEHRƏMLI QARDAŞLARI MILLƏT VƏKILINƏ DƏ ATDILAR

Bölmə: Ölkə İçi
Milli Məclisin üzvü İqbal Məmmədovun vətəndaşı döyməsi barədə olayın gununsesi.info tərəfindən işıqlandırılması ölkədə böyük rezonansa səbəb olub

Sosial şəbəkələrdə minlərlə insan millət vəkilini sərt ifadələrlə tənqid edib.
İBRAHIM NEHRƏMLI QARDAŞLARI MILLƏT VƏKILINƏ DƏ ATDILAR
Xatırladaq ki, olay Bakının Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında baş verib. Belə ki, həmin ünvanda “Sahil-D” Company şirkətinin inşa etdiyi yaşayış binasına daxil olan deputat orada mənzilinin olduğunu iddia edərək, həmin mənzil üçün qapı gətirdiyini bildirib. Lakin mühafizəçinin onun qarşısını kəsməsi və mübahisəli məzilə görə icraçı direktoru gözləməyə dəvət etməsi sonda onun özünün deputat tərəfindən döyülməsinə səbəb olub.
İbrahimovlar deputata da “atıb”
Gununsesi.info deputat İqbal Məmmədovun yaratdığı qalmaqalın təfərrüatlarını öyrənib.
İBRAHIM NEHRƏMLI QARDAŞLARI MILLƏT VƏKILINƏ DƏ ATDILAR
Araşdırmamız zamanı problemin səbəbkarı Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun biznes fəaliyyəti ilə məşğul olan qardaşı Sahib İbrahimovun olduğu bəlli olub. Belə ki, Sahib İbrahimov bir neçə il əvvəl “Karl Marks” adlandırılan ərazidə yüksək mərtəbəli bina inşa etdirib. Sonradan uçurulan həmin bina İbrahimov qardaşlarına məxsus “STS” adlı şirkət tərəfindən inşa olunub. Kərpic müqabilində Sahib İbrahimov deputat İqbal Məmmədova həmin binadan mənzil verib.
Xatırladaq ki, uçurulandan sonra oradan mənzil alan bir çox şəxslər Sahib İbrahimov tərəfindən aldadıldıqlarını, yeni mənzillə təmin olunmadıqları barədə müxtəlif ünvanlara şikayətlər etmişdi.

Deputat İqbal Məmmədova da “atan” Sahib İbrahimov ona Bakının Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında mənzil verəcəyinə dair vəd verib. Baxmayaraq ki, bu ünvanda binanı Sahib İbrahimova heç bir aidiyyatı olmayan “Sahil-D” Company inşa edib.
İbrahimovlar deputata da “atıb”
Sahib İbrahimovla deputat arasındakı qalmaqal isə DİN rəhbəri Ramil Usubova qədər gedib çıxıb.
İBRAHIM NEHRƏMLI QARDAŞLARI MILLƏT VƏKILINƏ DƏ ATDILAR
Deputat Sahib İbrahimov tərəfindən aldadılması barədə Ramil Usubova şikayət edib. Öz növbəsində isə DİN rəhbəri millət vəklinə yazdığı cavab məktubunda bu məsələlərlə bağlı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində cinayət işi olduğunu yazıb.

Bununla da məlum olub ki, Sahib İbrahimov barəsində cinayət işi açılıb.

Xatırladaq ki, dələduzluq yolu vətəndaşlarin pullarının aldadılaraq mənimsənilməsi İbrahimovlar tərəfindən birinci dəfə deyil baş verir .Maraqlı orasıdır ki Prezident Əliyevlər ailəsinin kölgəsində yaşayan İbrahimovlar bu çur tələləri əsasən öz halal zəhmətləri hesabına varlanan Azərbaycan vətəndaşlarına qarşı qururlar

Belə ki bir neçə il bundan öncə Hacı Nehrəmlınin sahib oldugu Həsən 96 MTK dan 2 ədəd mənzil alan Qazaxli iş adamı Elşad Məmmədov da eyni aqibəti yaşamışdır

Məlum olmuşdur ki Elşad Məmmədovun 360 min ABŞ dollarından cox pul ödəyərək mənzillərə sahib oldugu halda bu mənzilləri Haci İbrahim Nehrəmli başda bir adama sataraq Qazaxlı iş adamı Elşad Məmmədovun pulunu dələduzluq yolu ilə mənimsəmişdır
İBRAHIM NEHRƏMLI QARDAŞLARI MILLƏT VƏKILINƏ DƏ ATDILAR
İş adamı Elşad Məmmədov bununla baglı döymədiyi qapı yazmadıgı məmur müraciət etmədiyi yer qalmasıma baxmayaraq itirilmiş huquqlarını bərpa edə bilməmişdır


Elşad Məmmədov və onun qardaşlarının həyatına Haci Nehrəmli tərəfindən böyük təzyiqlər olmuşdur.Elşad Məmmədov və onun qardaşıarı Hacı Nehrəmli tərəfindən ölümlə hədələnmişdır

Sonda həyatına böyük təhlükənın yarandıgını görən iş adamı Elşad Məmmədov Azərbaycanı tərk etmişdır

Amma Nehrəmli ailəsi bütün bunarın bir gün qarşılıgını cox acimasına ödəyəcəklər.