www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Məmurun yaxta qarajından - Fotolar


Məmurun yaxta qarajından - Fotolar

Bölmə: Ölkə İçi
Məmurun yaxta qarajından - Fotolar
Məmurun yaxta qarajından - Fotolar SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun yaxta qarajından fotolar yayılıb

Məlumata görə, Mikayıl İsmayılovun dəyəri milyonlarla ölçülən yaxtaları Türkan qəsəbəsindəki qarajda saxlanılır.

“Qaraj SOCAR vəzifəlisinin dəniz kənarında zəbt etdiyi 250 hektarlıq ərazinin bir hissəsində inşa edilib. Yaxta qarajında M.İsmayılovun 10-a yaxın yaxtası var. Yaxtalar xarici ölkələrdən xüsusi sifatişlə hazırlanaraq vitse-prezident üçün gətirilib”, deyə mənbə sayta bildirib.

Mənbə onu da bildirib ki, M.İsmayılovun yaxtalarından biri bu yaxınlarda xarab olub: “Yaxtanı düzəltmək üçün İsraildən xüsusi mexaniklər dəvət edilib və yaxtanın nasazlığı aradan qaldırılıb. İki mexanikin İsraildən Bakıya, Türkan qəsəbəsinə gəlməsi üçün M. İsmayılov 70 min avro xərcləməli olub”.(afn.az)

Məmurun yaxta qarajından fotonu təqdim edirik: