SON DƏQİQƏ

H.Əliyevin xatirəsinə həsr edilmiş “Tələbə Kuboku” mini futbol turnirinin final oyunu və mükafatlandırma mərasimi

Tarix:19-12-2017, 00:54

Nərimanov rayonunda Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Tələbə Kuboku”  mini futbol turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.

15 dekabr 2017-ci il tarixdə Məktəb-Lisey Kompleksin futbol meydançasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Tələbə Kuboku” mini futbol turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.
Turnirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır. 
Qeyd edək ki, turnirdə 13 komanda iştirak etmiş: Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, "Bakı Avrasiya” Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dillər Universitetinin, "ADA” Universitetinin, "Təfəkkür” Universitetinin, "Odlar Yurdu” Universitetinin, Bakı Humanitar Kollecin, İdarəetmə və Texnologiya Kollecin və Bakı Kooperasiya Kollecin komandaları. 
Turnirdə I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası, II yeri Azərbaycan Dillər Universitetinin komandası, III yeri isə "ADA” Universitetinin komandası tutmuşdur. 
Turnirin bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin fəal tələbələri iştirak etmişlər.
Turnirin mükafatlandırma mərasiminindən öncə Ulu Öndərimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qaliblərin mükafatlandırma mərasimində çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov öz çıxışlarında dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışmışlar. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişlər.
Qalib komandalar təşkilatçılar tərəfindən diplom, kubok və medallar ilə təltif edilmişlər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ