www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » İcra başçıları pul almaq uğrunda savaşacaqlar


İcra başçıları pul almaq uğrunda savaşacaqlar

Bölmə: Ölkə İçi
İcra başçıları pul almaq uğrunda savaşacaqlar
"2016-cı ildə yalnız Bakı, Sumqayıt, Abşeron, Şirvan, Mingəçevir, İmişli və Naftalan öz xərclərini yığdığı gəlirlərlə maliyyələşdirən şəhər və rayonlar olacaq".

Moderator.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib.

O deyib ki, digər rayon və şəhərlər gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayırmalar alırlar:

"Bir vaxtlar neft gəlirləri hesabına formalaşan dövlət büdcəsindən daha çox pay almaq uğrunda yarışa girən rayonlar, büdcənin "kasıblaşdığı" cari ildə xərclərini maliyyələşdirmək üçün qarşılaşdığı çətinlikləri bu ilin son aylarında daha çox hiss edəcəklər. Belə olan halda da , yerli sahibkarların qara günləri daha da tündləşəcək".