www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Ata polis, oğul polis, kürəkən polis, əmoğlu, dayoğlu polis, daraşıblar bu millətin canına ...

Ata polis, oğul polis, kürəkən polis, əmoğlu, dayoğlu polis, daraşıblar bu millətin canına ...

Bölmə: Ölkə İçi
Ata polis, oğul polis, kürəkən polis, əmoğlu, dayoğlu polis, daraşıblar bu millətin canına ...
Azadlıq partiyasının sədri öz Facebook səhifəsində DYP sərt tənqid edib
həmin statusu DOGRU.TV təqdim edir
Bir ölkədə nə qədər polis olar? Avtovağzalla Şamaxinkanın arasında bütün günü onlarla DYP maşını dövrə vurur. Hamısı cavan savadsız uşaqlardı, pullarını alıb faizlə işə götürüblər, cərimənin neçə faizisə onlarındı. Avtovağzaldakı avtobus dayanacağında avtobusdan düşüb avtovağzala tərəf keçənləri də maşınların arxasında gizlənmiş faizlə işləyən polislər gözləyir. Piyada keçidini qəsdən çox aralıda, 200 metr uzaqlıqda qoyublar. Bu hakimiyyətin bu millətə nifrəti o qədərdir ki, bu millətə məhrumiyyətlər yaşatmaq, sındırmaq, qorxutmaq, gözüqıpıq eləmək üçün ən iyrənc yolllara belə əl atırlar. Kənddən gəlmiş, kasıbın biri avtobusdan düşən kimi polis üstünü kəsir ki, bəs 20 manat cərimə, etiraz etsə məsələ daha da böyüyür, "polisə müqavimət", həbs və nələr, nələr.
Mən hələ tində dalanda gizlənən YPX, PPX, CPA, gizli polisləri demirəm.
Heç olmasa bir dəfə qonşu Gürcüstana baxıb abır həya etmirlərmi, utanırlarmı? Orda polis maşınlarına yalnız iri şəhərlərin girəcəyində və hər tərəfdən görünən yerdə rast gəlmək olar.
Əhməd Oruc