www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Neft Gəlirlərinin İdarəolunması Strategiyasına Əməl Olunmur


Neft Gəlirlərinin İdarəolunması Strategiyasına Əməl Olunmur

Bölmə: Ölkə İçi
 Neft Gəlirlərinin İdarəolunması Strategiyasına Əməl Olunmur

DOGRU.TV - 2014-cü ildə Azərbaycan Dövlət Neft Fondunun gəlirlərinin 11 milyard 627 milyon manat, xərclərinin isə 11 milyard 350 milyon manat təşkil etməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, əldə edilən gəlirlərin 97,6 faizi xərclənəcək. Məlumat üçün qeyd edək ki, əldə edilən gəlirlərin 2012-ci ildə 77,3 faizi, 2013-cü ildə 90,4 faizi xərclənib. Göründüyü kimi, 2012-ci ildə yığıma gedən hissə 22,7 faiz, 2013-cü idlə 9,4 faiz olub, 2014-cü ildə isə 2,4 faiz olacağı gözlənilir. Bu isə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cü il tarixli 128 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin idarəolunmasi üzrə uzunmüddətli strategiya"sının prinsiplərinə ziddir. Belə ki, həmin prinsiplərdə göstərilir ki, neft və qaz gəlirlərindən daxilolmalar zirvə səviyyəsinə çatdıqda onların 25 faizdən az olmayan hissəsi yığıma yönəldilir.

Görəsən, neft gəlirlərinin xərclənməsinə sərəncam verənlər prezidentin sərəncamını niyə nəzərə almırlar? Və bununlda da indiki gənclərin və gələcək nəsilərin haqqını niyə "yeyir"lər?