SON DƏQİQƏ

190 manat yardımı almaq üçün sualları olanlar - bu yazı sizin üçündür

Tarix:6-05-2020, 15:09

Azərbaycanda işsiz və ya koronavirusla mübarizə tədbirləri nəticəsində işini itirmiş şəxslər üçün nəzərdə tutulan 190 manat məbləğində dövlət yardımını almağa çalışan əhali qrupundan olan bəzi şəxslər bu yardımı necə alacaqları ilə bağlı sualları BBC News Azərbaycancaya göndəriblər.

Bu suallardan bəzilərinə Dövlət Məşğulluq Mərkəzinin rəis müavini Cəmaləddin Quliyev bizə müsahibəsi zamanı aydınlıq gətirib.

190 manat birdəfəlik ödənişlə bağlı izləyicilərimizin sualları və cavablar: 1-ci hissə və 2-ci hissə 

Cavabsız qalan və yeni suallara isə bu yazıda cavab axtarmağa çalışmışıq.

Azərbaycanda martın 24-dən xüsusi karantin rejimi elan edilib. Ölkədə bir çox ictimai-iaşə xidmətlərinin fəaliyyəti dayandırılıb. Aprelin 27-dən xüsusi karantin rejiminin yumşaldılması nəticəsində bəzi xırda texniki əşyaların təmiri, lombard kimi fəaliyyət növlərinə icazə verilsə də, mobil telefon, kompüter və məişət texnikasının satışı mərkəzləri, habelə ətriyyat, kosmetika, kitab mağazaları açılsa da, bir çox iş yerlərinin fəaliyyəti bərpa edilməyib.

Vasif Veyisov adlı izləyici yazır ki, indiyədək "hara yazıbsa, cavab ala bilməyib": "Fazil Talıbovun Watsapp nömrəsinə də yazmışam, cavab yoxdu. Xahiş edirəm, mümkünsə siz öyrənib cavab yazardınız. 18 yaşı tamam olmayan, lakin qanuna görə əmək qabiliyyətli vətəndaşa 190 manat verilməsindən niyə imtina edilib? Dövlətdən heç bir ödəniş almır. Oxumur, muzdla gündəlik işləyirdi".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov BBC News Azərbaycancaya "nazirliyə edilmiş müraciətlərin təhlili nəticəsində, birdəfəlik ödəmələrin verilməsində ünvanlılıq prinsiplərinin daha da sərtləşdirilməsi və karantin rejimi dövründə işini, qazancını itirmiş, gəliri minimuma və ya sıfıra enmiş vətəndaşların müəyyənləşdirilməsi meyarlarının hökumət tərəfindən sərtləşdirildiyini" bildirib.

"Bu meyar tam məntiqə uyğundur ki, əmək qabiliyyətli 18 yaşı tamam olmamış vətəndaş məşğul əhali qrupuna aid deyilsə, həmin vətəndaşlara başqa məşğulluq tədbirləri çərçivəsində haqqı ödənən ictimai işlər təklif edilir və həmin vətəndaşlarımız o işlərə cəlb edilə bilər, hansı ki, artıq edilir. İndiyədək 55 min vətəndaş haqqı ödənilən ictimai işə cəlb edilib. Cənab Prezidentin tapşırığına uyğun olanaraq, haqqı ödənən ictimai işlər üçün 90 min kvota ayrılıb".

Ülvi Mikayılov adlı izləyici isə qiyabi təhsil alsa da, "nə üçün işsiz kimi qeydiyyata alınmamasını" sual edir:

""Qiyabi" təhsil alıram. Məşğulluq haqqında qanunun "4.1.6" maddəsində "yalnız əyani oxuyan tələbələri işsiz kimi qeydiyyata almaq olmaz" yazıldığı halda, niyə mən qiyabi oxuduğum halda işsiz kimi qeydiyyata alına bilmirəm. Bu gün mənə E_SOSİAL - dan mesaj gəlib ki, "məşğulluq haqda qanunun 4.1.6 maddəsinə görə sizi işsiz kimi qeydiyyata almaq mümkün olmadı". Niyə? Mən, axı, qiyabi təhsil alıram. Sizdən ricam budur ki, mənim üçün bu məsələni araşdırın. Heç yerə zəng çatmır, xahiş edirəm siz əlaqə saxlayın nazirliklə ki, niyə belə edirlər? Mənə qarşı böyük yanlışlıqdır, axı!"

ƏƏSMN sözçüsü Fazil Talıbov deyir ki, "qiyabi təhsil alanlarda da məşğulluq haqqında qanuna uyğun olaraq, vətəndaşlar ilk öncə işaxtaran kimi qeydiyyatdan keçirilirlər. Qanuna müvafiq olaraq, bu şəxslərə 5 iş günü ərzində münasib işlər təklif olunur.

Qiyabi təhsil alan tələbələrə də eyni məntiqlə, qanuna uyğun olaraq, haqqı ödənilən ictimai işlər və digər münasib işlər (vakansiyalar üzərindən münasib işlər) təklif edilir. Onların məşğulluq probleminin həlli istiqamətində işlər həyata keçirilir".

Məşədi adlı izləyici yazır ki, "190 manat almaq üçün qeydiyyatdan keçmişəm. Ancaq nömrəm öz adıma deyil. Artıq neçə gündür mənə heç bir mesaj gəlməyib. Azerpoçt.az saytından da yoxlayıram, axtarışın nəticəsi tapılmır. Məndən sonra qeydiyyatdan keçənlər artıq birdəfəlik ödəmə olan 190 manatı alıblar. Nömrəm öz adıma deyil deyə mənə mesaj gəlməyəcək? Axı, bu nömrəni mən işlədirəm. İndi karantin dövründə mən öz adıma nömrəni hardan almalıyam? Xahiş edirəm, 190 manat yardım barəsində mənə məlumat verəsiz.

Qurum rəsmisi Fazil Talıbov deyir ki, "onlayn müraciət bölməsində müraciətlər üçün telefon nömrəsinin vətəndaşın öz adına olması tələb edilməyib".

"Ona görə də vətəndaş istifadə etdiyi nömrəni düz yazıbsa, müvafiq olaraq, ödəməni alması ilə bağlı hüququ yaranırsa müsbət sms, yaranmırsa imtina ilə bağlı sms göndəriləcək".

Cəbrayıldan olan məcburi köçkün Orxan Ismayilli yazır ki, "ayda 60 manat çörək pulu alir, lakin hal-hazırda işləmir".

"190 manatlıq müavinət mənim üçün keçərlidirmi? Bir də qeydiyyat zamanı atamın adına olan nömrə ilə qeydiyyatdan keçmişəm. Qeydiyyatı isə yeniləmək olmur. Lakin müraciətim qeydə alınıb. İki həftədən artıqdır qeydiyyatdan keçmişəm və hələ də heç bir mesaj almamışam. Bunu necə dəqiqləşdirə bilərəm?"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, "qaydalara uyğun olaraq, dövlətdən sosial ödəniş alan vətəndaşlar birdəfəlik ödəmə ilə təmin edilmirlər. Onlara birdəfəlik ödəmə verilmir".

"Mənim qardaşım işləmir. İşsiz statusundadır. Bu ödəmə haqqında qeydiyyatdan keçib. Amma Naxçıvan qeydiyyatındadır. Belə bir xəbər eşitmişdik ki, Naxçıvan qeydiyyatında olanlar Naxçıvana müraciət etməlidirlər telefon vasitəsilə. Biz də müraciət etdik, amma bizim şəxsən özümüzün Naxçıvana (Ordubada) gedib ordan qeydiyyatdan keçməli olduğumuzu dedilər. Axı, karantindi və yollar bağlıdı, biz də Bakıda yaşayırıq. Bəs, biz bu ödəməni ala bilməyəcəyik? Nə etməliyik?", - Sərdarlı adlı izləyici soruşur.

"Bu məsələ Naxçıvan Muxtar Respublikasının aidiyyatı qurumu tərəfindən icra edilir. Vətəndaş əgər Bakıda yaşayırsa, Naxçıvan Muxtar Respublikasının məşğulluq orqanlarına müraciət edə bilər", - ƏƏSMN bildirir.

İsmayıllı rayonunda yaşayan Vüsalə Şirinli adlı şəxs BBC News Azərbaycancaya yazıb ki, qeydiyyatdan keçsə də heç bir bildiriş almayıb. Onunla birlikdə birdəfəlik yardım almaq üçün müraciət etmiş şəxslərə isə cavab SMS-i gəlib. İzləyici birdəfəlik yardımı alıb-almayacağı ilə bağlı məlumat almaq üçün nə İsmayıllı rayon Məşğulluq İdarəsi ilə, nə də ƏƏSMN-nin 142 qaynar xətti ilə əlaqə saxlaya bilmədiyini deyir.

Bu suala cavab almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov ilə əlaqə saxladıq. O, BBC News Azərbaycancaya deyib ki, belə problemlə üzləşən vətəndaşlar "alternativ variantlardan" istifadə edə bilərlər.

"Elektron poçt variantı var. Bizim nazirliyin saytında aidiyyatı vəzifəli şəxslərin - nazirdən başlamış şöbə müdirinə, xidmət rəislərinə qədər hər birinin emaili göstərilib. Vətəndaşlar o emaillərə öz müraciətlərini edə bilərlər".

Fazil Talıbov həmçinin aprelin 1-dən indiyədək qurumun qaynar xəttinə 120 mindən çox müraciətin daxil olduğunu vurğulayıb.

"Qaynar Xəttimizdə 100 operator səhər 9-dan gecə 12-dək vətəndaşların suallarını cavablandırır. Sadəcə vətəndaşlar zəng etdikdə gözləməyə ya səbrləri çatmır, ya da gözləmirlər ki, onlara növbə çatsın.

Bir operator orta hesabla hər vətəndaşa 3-4 dəqiqə vaxt sərf edir. Ən çoxu 10 dəqiqə ərzində vətəndaşın sualı cavablandırılır. Vətəndaşlar gözləmədə qalmamaq üçün zəngdən imtina edirlər. Daha sonra isə bunu "düşə bilmirəm" kimi qələmə verirlər. Müraciətlər çox olduğuna görə, xəttə yüklənmələr olur", qurum rəsmisi bildirib.

Cənab Talıbov həmçinin məşğulluq mərkəzlərinin də "yükləndiyini, növbələrinin gecə saatlarınadək davam etdiyini" deyib.

Aidə Cəfərovaadlı izləyicinin "yardım üçün müraciət etdikdən sonra vaxtilə adına açılmış VÖEN-nin aktiv olduğu meydana çıxıb"İzləyici soruşur ki, hal-hazırda sahibkarlıqla məşğul deyil. Bununla bağlı hara müraciət etməlidir?

Vergilər Nazirliyinin 195 qaynar xəttindən BBC News Azərbaycancaya VOEN-lə bağlı sualları olan şəxslərə "İnternet Vergi İdarəsinin saytına daxil olub, giriş sözünün aşağısındakı məlumat-axtarış sisteminə daxil olub, VÖEN və ada görə axtar hissəsində öz məlumatlarını daxil edərək axtarışa vermələri" tövsiyə olunub.

"Çıxan məlumatlarda şəxsin uçotda olduğu vergi orqanı və orqanın ünvanı qeyd olunur. Beləliklə, şəxs hansı vergi orqanında uçotda olduğunu aydınlaşdırdıqdan sonra həmin vergi orqanına yaxınlaşa bilər. Hal-hazırda pandemiyaya görə, qurumlar vətəndaşı qəbul etmir. İndi vətəndaşlar yazılı qaydada müraciət edə bilərlər. Əgər şəxsin istifadəçi kodu/parolu, ASAN imzası və ya elektron imzası varsa, həmin şəxs onlayn kargüzarlığa müraciət edə bilər. Yoxdursa, şəxs kağız daşıyıcıda sərbəst formada müraciət edə bilər.

Bundan başqa, şəxslər taxes.gov.az saytının əlaqə hissəsində yerləşdirilmiş elektron poçtlardan qeydiyyatda olduğu vergi orqanının elektron poçt ünvanına yazmaqla müraciət edə bilərlər", qaynar xətdən bildiriblər.

Elmira Rəsulova adlı izləyici sağlamlıq imkanı məhdud övladına görə 50 manat təqaüd aldığını yazır. O, ailəsinə pandemiya dövründə verilən 190 manatlıq birdəfəlik yardımın düşüb-düşmədiyini öyrənmək istəyir.

"Hazırda dövlətdən sosial ödəniş, ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s. alan şəxslər və onların ailə üzvləri pandemiya dövründə 190 manat məbləğində birdəfəlik yardımı ala bilməzlər", - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Ağdam rayonunun Qalayçılar kəndindən Kolanı Hümbətov soruşur ki, həyat yoldaşı 190 manatlıq birdəfəlik yardımı alıb. O da bu yardımı əldə edə bilərmi?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BBC News Azərbaycancaya "ailədə bir nəfərin (ər və ya arvadın) birdəfəlik müavinət aldığı təqdirdə, digər ailə üzvünə bu yardımın verilməyəcəyini" bildiriblər.

"Ər və ya arvaddan biri muzdlu şəxsdirsə, məşğul əhali qrupuna aiddirsə, həmçinin dövlətin sosial ödənişləri ilə təmin olunubsa, bu şəxslərin də birdəfəlik müavinət almaq üçün müraciət etməyinə ehtiyac yoxdur. Bu birdəfəlik ödəmə dövlət tərəfindən o insanlara verilir ki, həmin şəxslər bu pandemiya dövründə öz gəlirlərini itiriblər, işsizdirlər, dolayısı ilə aztəminatlıdırlar, həmçinin, minimal ərzaq tələbatları var və birdəfəlik yardım da həmin ehtiyacı ödəmək üçün verilən vəsaitdir".

Rəvan Babayev adlı izləyici BBC News Azərbaycancanın elektron poçtuna belə bir sual göndərib:"Hökumətin verdiyi birdəfəlik yardımı mən dəala bilərəmmi?"

Əgər ailə dövlətdən heç bir yardım almırsa, ailə üzvlərindən heç biri - ər və ya arvad işləmirsə və ya koronavirus tədbirləri nəticəsində işindən məhrum olubsa həmin ailənin bir üzvü (ər və ya arvad) 190 manat məbləğində olan birdəfəlik yardımı ala bilər.

"Bu yardımın hədəf kütləsi həm 2020-ci ilin aprelin 1-dək ölkədə işsiz kimi qeydiyyatdan keçmiş şəxslər, həm də 1 aprel 2020-ci ildən sonra bizə müraciət edən vətəndaşlardır", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev bir müddət öncə BBC News Azərbaycancaya müsahibəsində belə deyib.

Qazax Rayonundan Bəhruz Gülməmmədov bildirir ki, onun pay torpağı var. İzləyici soruşur ki, digər ailə üzvləri birdəfəlik yardımı ala bilərmi?

Qazax rayon Məşğulluq Xidmətindən BBC News Azərbaycancaya bildiriblər ki, torpağı olan şəxslər torpaqlarını əkib-becərməsələr də, 190 manat məbləğindəki birdəfəlik yardımı ala bilməzlər.

"Ailədə 4 nəfər varsa və hamısı əmək qabiliyyətlidirsə, yenə də həmin ailəyə birdəfəlik yardım düşmür, çünki torpaq atanın olsa da, uşaqların (18 yaşını tamamlamış övladlardan gedir söhbət) həmin torpaqda payı var.

Məşğulluq Mərkəzindən torpağı olan şəxslərin açılacaq 50 minlik iş yerlərinə müraciət edəbilib-bilməyəcəyi barədə qurumda hələlik məlumatın olmadığını deyiblər.

Vüsal Nəbiyev adlı izləyicimiz yazır: "İki il öncə iş axtaran kimi qeydiyyatdan keçmişəm. Hələ də sms gözləyirəm. Mən ayrıca birdəfəlik yardım üçün müraciət etməliyəmmi?"

"İşsiz kimi qeydiyyatdan keçmiş şəxslər yenidən birdəfəlik yardım üçün qeydiyyatdan keçməlidirlər", Cəmaləddin Quliyev BBC News Azərbaycanca müxbirinə müsahibəsində belə deyib.

Ağstafadan Kübra Hüseynova soruşur ki, birdəfəlik yardımı almaq üçün "qeydiyyatdan keçməyi bacarmıram. Nə edim?"

Bu sualı bəzi digər izləyicilərimiz də yazıb göndəriblər.

Onlayn qeydiyyatdan necə keçəcəyinizi bilmirsinizsə, o zaman Dövlət Məşğulluq Xidmətinin 142 qaynar xəttinə zəng edərək, kömək istəyə bilərsiniz.

142 "Çağrı Mərkəzi" canlı rejimdə həftənin iş günləri səhər saat 9-dan axşam 6-dək vətəndaşların xidmətindədir.

Əgər 142 xidmətinə zəng edirsinizsə və əlaqə yaratmaq alınmırsa, o zaman (012) 109 məlumat xidmətinə zəng edərək, qeydiyyatda olduğunuz rayon və ya şəhər üzrə məşğulluq idarələrinin əlaqə nömrələrini əldə edə bilərsiniz. Daha sonra əldə etdiyiniz nömrələrlə əlaqə saxlayaraq, özünüzün (və ya qohumunuzun) şəxsiyyət vəsiqəsinin FİN və Seriya nömrəsini söyləyərək, özünüzü (və ya qohumunuzu) qeydiyyata aldıra bilərsiniz.

Vətəndaş Fərid Məmmədlinin istifadə etdiyi mobil telefon nömrəsi başqasının adına qeydiyyatdan keçirilib. Ohazırki karantin vəziyyətinə görə, öz adına nömrə ala bilmədiyini və birdəfəlik yardıma müraciət edə bilmək üçün nə etməli olduğunu soruşur.

[Bu sualın cavabı aprelin 21-də yenilənib -red.]

Bu sualla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) BBC News Azərbaycancaya bildirilib ki, hazırda qeydiyyatdan keçmək istəyən vətəndaşın mobil telefon nömrəsinin "öz adına olması vacib deyil".

ƏƏSMN bildirib ki, "mobil nömrənin vətəndaşın öz adına olması tələbi aprelin 6-da aradan qaldırılıb".

Lakin aprelin 9-da ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev BBC News Azərbaycanca müsahibəsi zamanı bildirmişdi ki, qeydiyyat zamanı istifadə olunan nömrələr mütləq vətəndaşın "öz adına olmalıdır".

"Mobil nömrələr mütləq öz adına olmalıdır. Mobil nömrə öz adına olmasa, biz digər vətəndaşın mobil telefonuna bizim hüququmuz yoxdur digər vətəndaşın məlumatlarını göndərməyə".

Bəs, mobil nömrəsi olmayan vətəndaşlar nə edə bilər sualına isə Cəmaləddin Quliyev həmin vətəndaşlarla "hər hansı bir şəkildə əlaqə saxlanılacağını" bildirmişdi.

"Telefon vasitəsilə onunla əlaqə saxlanılacaq. Bizə zəng edəndə qeydiyyata alanda, telefon nömrələrini bizdə saxlayacaq və onunla telefon vasitəsilə əlaqə saxlanacaq", - cənab Quliyev belə demişdi.

Zaqataladan Gülpəri Məmmədova həyat yoldaşının koronavirusla bağlı tədbirlərlə əlaqədar işini itirdiyini, evdə bir aylıq körpəsinin olduğunu və ona yemək, pampers almağa çətinlik çəkdiyini, həmçinin yardım edəcək bir yaxınının olmamasını haqda bizə yazır. İzləyici düşdüyü vəziyyətdən necə çıxa biləcəyini sual edir.

Dövlət Məşğulluq Xidməti işini itirmiş şəxslərin dövlətin verdiyi iki imkandan yararlana biləcəklərini bildirir. Bunlardan biri açılacaq 50 min ictimai iş yerləridir. İşini itirmiş şəxslər həmin iş yerləri üçün dövlət məşğulluq xidmətinə müraciət edə bilərlər. Bu şəxslər həmçinin birdəfəlik ödəmə almaq üçün də müraciət edə bilərlər.

Emilya Aslanova adlı izləyici isə birdəfəlik yardıma müraciət etdiyini, lakin hələlik heç bir cavab gəlmədiyini bildirir. İzləyici yardımın verilib-verilməyəcəyi ilə bağlı məlumatı nə vaxt ala biləcəyini sual edir.

Vətəndaşa (işsiz statusu almayıbsa və ya vətəndaşa işsiz statusu verilməsi mümkün deyilsə) "səbəbləri göstərilməklə sms vasitəsilə mütləq məlumat veriləcək ki, həmin vətəndaş nəyə görə birdəfəlik yardımı ala bilməz".

Qeydiyyatdan uğurla keçmiş şəxslər cavab almadıqları təqdirdə Azərpoçtun saytına daxil olduqdan sonra birdəfəlik ödəmə barədə məlumat pəncərəsinə daxil olub, öz şəxsiyyət vəsiqələrinin ya FİN kodunu, ya da seriya nömrəsini daxil edərək, birdəfəlik ödəməni alıb-almadıqlarını yoxlaya bilərlər.

Bəzi izləyicilər yazıb iddia edirlər ki, birdəfəlik ödəmə almaları barədə ƏƏSMN-dən müsbət cavab alsalar da, ödəməni poçtdan ala bilməyiblər. Səbəb kimi həmin şəxslərə "pul yoxdur" deyilib.

Azərpoçt MMC-nin 169 Qaynar Xəttindən BBC News Azərbaycancaya "belə halların olması mümkündür" deyiblər.

"Poçtların əksəriyyəti öz hesabına maliyyələşdiyi üçün həmin poçtlarda pul olmaya bilər. Hazırda tələb çox olduğu üçün nasazlıq yaranıb və sistemdə yoxlamaq mümkün olmadığı üçün camaata pul verilmir. Belə hallarla qarşılaşan abunəçilər şəxsiyyət vəsiqələrini də götürüb həmin poçtun rəisinə müraciət edə bilərlər", - qurumdan bildiriblər.

Ticarət mərkəzlərindən birində fəaliyyət göstərən vəскачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ