www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Cəriməsini ödəməyənlərə qarşı sərt addımlar atılacaq - VİDEO


Cəriməsini ödəməyənlərə qarşı sərt addımlar atılacaq - VİDEO

Bölmə: Ölkə İçi
Cəriməsini ödəməyənlərə qarşı sərt addımlar atılacaq - VİDEO
Bir sıra insanlara yol veridiyi qayda pozuntuları, inzibati xəta və hətta cinayət əməlinə gör cərimə tətbiq olunur. Ancaq çox zaman insanlar bu cərimələri də ödəməkdən boyun qaçırırlar. Millət vəkilləri bunun qarşısını almaq üçün maraqlı təklif irəli sürüblər.

Cərimələrini ödəməyən şəxslərə qarşı sərt addımlar atıla bilər. Bununla bağlı İnzibati Xətalar və Cinayət məcəllələrində dəyişiklik edilməsi barədə təklif irəli sürülüb.

Deputat Elmira Axundova bildirib ki, adı çəkilən məcəllələrdə bir sıra maddələrə, oğurluq, avtomobil ələ keçirtmə, əmlakı qəsdən məhv etmə və ya zədələmə maddələrində cərimələr sərtləşdirilir.Amma cərimələr sərtləşdikcə onu ödəyən insanların sayıda azalır.

Deputatın sözlərinə görə ölkədə aliment ödəməkdən imtina etmə hallarına tez-tez rast gəlinir. belə şəxslərə qarşı ölkədən çıxma məhdudiyyəti tətbiq olunur. məhz bu qadağanı digər cərimləri ödəməyənlərə qarşıda tətəbiq etmək olar.

Deputat hesab edir ki, bu cür hallarla mübarizə aparmaq üçün Cinayət və İnzibati Xətalar Məcəlləsinə yeni maddənin salınmalıdır. beləliklə cərimani ödəməyən insanlar bir sıra hüquqlardan məhrum edilməlidir.

Elmira Axundovanın sözlərinə görə, bu təcrübə qonşu ölkə Rusiyada həyata keçirilir və effekt verib.