www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Alı Alıyev məcburi köçkünlərlə görüşdü - Fotosesiya


Alı Alıyev məcburi köçkünlərlə görüşdü - Fotosesiya

Bölmə: Ölkə İçi
Alı Alıyev məcburi köçkünlərlə görüşdü - Fotosesiya

Füzuli rayon İcra Hakimiyyətinin Bakı nümayəndəliyi füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Sumqayıt şəhərində, Bakı şəhərində Yasamal və Binəqədi rayonlarında vətəndaşlarla görüşlər keçirmiş, məcburi köçkünlərin problemləri, təklif və qayğıları ilə maraqlanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev isə Bakı şəhərində Nərimanov rayonunda füzulili məcbiri köçkünlərlə görüşüb, söhbət edib, onların problem və qayğılarını dinləyib.

Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi olaraq keçirildiyini bildirilib.

Görüşdə Alı Alıyev ölkə başçısının Füzuliyə və füzulililərə olan diqqət və qayğısından danışıb, rayonda görülən işlərindən və görülməsi planlaşdırılan tədbirlərdən bəhs edib.

Alı Alıyev qeyd edib ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəbləri, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.