www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Neftçilərin meyitləri sudan belə çıxarılır (VİDEO +18)


Neftçilərin meyitləri sudan belə çıxarılır (VİDEO +18)

Bölmə: Ölkə İçi
Neftçilərin meyitləri sudan belə çıxarılır (VİDEO +18)
Əməliyyatdan görüntülər yayıldı.

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar itkin düşənlərin axtarışı davam edir. Fövqəladə Hallar Nazirliyi əməliyyatından videogörüntülər yayıb.

Videogörüntülərdən helikopterlə axtarış tədbirləri əks edilib. Xilasedicilər xüsusi kəndirlərlə dənizə düşür və neftçilərin cəsədlərini bağlayaraq helikopterə çəkirlər.





Dekabrın 4-də Xəzərdə“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən faciə zamanı itkin düşən 29 nəfərdən 6-nın meyiti tapılıb. Ümumilikdə 7 nəfər ölüb.

Meyiti tapılanlar aşağıdakılardır:
Tağıyev Fuad Tahir oğlu,
Mahmudov Ağa İzzət oğlu
Babayev Mikayıl İsmayıl oğlu
Mayılov Samir Cahangir oğlu
Quliyev Fəxrəddin Xancan oğlu
İsgəndərov Habil Tağı oğlu
Həsənov Ramiz

23 nəfər itkin düşmüş hesab edilir, 33 nəfəri isə xilas etmək mümkün olub.