SON DƏQİQƏ

Nərimanov rayonunda “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin növbəti təlimi keçirilib

Tarix:5-12-2017, 13:11

Nərimanov rayonunda “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin növbəti təlimi keçirilib

04 dekabr 2017-ci il tarixdə Bakı Humanitar Kollecində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Gənclərin Sahibkarlıq Modeli” layihəsinin növbəti təlimi keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, nümayəndəsi Röya Rzayeva, Bakı Humanitar Kollecin direktor müavini Rasim Rzaxanov, Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Şəfiqə Hənifəyeva, Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri, təlimçi Rövşən Nəcəfov  və 65 nəfər gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan Bakı Humanitar Kollecin Tələbə - Gənclər Təşkilatının sədri Şəfiqə Hənifəyeva tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Röya Rzayeva layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi gənclərə sahibkarlıq fəaliyyəti və onun yaradılması yolları mövzusunda, onlara işə qəbul etmə əməliyyatı, firmanın idarə edilməsi, marketinqin əsasları, komersiya fəaliyyəti, mühasibat uçotu, kreditin alınması, vergilər anlayışı, biznesin planlaşdırılması, işgüzar ünsiyyət və işgüzar danışıqların aparılması və reklam işinin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hansı sənədlərin lazım olduğunu və ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi-normativ sənədlərlə onlara hansı şəraitin yaradılması istiqamətlərində, beynəlxalq təcrübə ilə inkişaf etmiş ölkə sahibkarlarının təcrübələri haqqında gənclərə geniş informasiya verməkdir.

Daha sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin daha da genişləndiyini vurğulamışdır. V.Ömərov bu istiqamətdə ölkədə gənclərin məşğulluğunun təmin edilməsinə və sosial məsələlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim diqqət və qayğının göstərildiyini qeyd etmişdir.

Qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri Rövşən Nəcəfov  çıxış edərək bildirmişdir ki, biznes, sahibkarlıq: qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. Sahibkarlıq bazar iqtisadiyyatının vacib atributudur. R.Nəcəfov qeyd etdi ki, sahibkarlıq həm hüquqi, həm fiziki şəxs vasitəsi ilə həyata keçirilə bilər. Sahibkarlıq qabiliyyəti dedikdə, maddi və ya intellektual mülkiyyət sahiblərinin ictimai fəaliyyətin müəyyən sahəsində daha çox  yararlı olması, müəyyən işi daha müvəffəqiyyətlə icra etməsi nəzərdə tutulur. Bu qabiliyyət bir tərəfdən sahibkarın fərdi psixi xüsusiyyətindən, digər tərəfdən isə onu əhate edən iqtisadi şəraitdən asılıdır. Sahibkarliq qabiliyyəti ya ictimai fəaliyyət prosesində, ya da təhsil prosesində əldə edilir. Uzun müddət birinci yol, yəni fəaliyyət prosesi üstünlük kəsb etdiyi halda müasir dövrdə ikinci yol üstünlük kəsb edir. Dövrün tələbinə cavab verən təhsil prosesində ayrı-ayrı şəxslər sahibkarlıq qabiliyyətinə yiyələnirlər. Sahibkarlıq qabiliyyəti xüsusi növ insan kapitalıdır. Daha aydın desək sahibkarlıq qabiliyyəti – nemətlər və xidmətlər yaradılması üçün istehsalın bütün digər amillərinin birləşdirilməsinə yönəldilmiş xüsusi növ insan kapitalıdır. Əlverişli şəraitdə bu qabiliyyətin ictimai həyatın müxtəlif sahələrində istifadə edilməsi sahibkarlıq fəaliyyətidir

Sonda təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, layihə çərçivəsində nəzərdə tutulmuş 7 təlimdən 5 təlimi həyata keçirilib: Azərbaycan Dövlət İqtisad Universitetində, "Bakı Avrasiya” Universitetində, "Təfəkkür” Universitetində, Azərbaycan Kooperasiya Universitetində və Bakı Humanitar Kollecində.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ