SON DƏQİQƏ

Avtovağzaldan kənar sərnişin daşımaları davam edir, DANX isə “Bizə aidiyyatı yoxdur” deyir

Tarix:5-11-2019, 15:12

Uzun fasilədən sonra oktyabrın 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Şəki-Bakı istiqamətində Almaniyanın "MAN” şirkətinə məxsus iri tutumlu "Neoplan” avtobusları ilə ilk gecə reysləri xidmətə başlayıb.

Həmin vaxt Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova  bildirmişdi ki, qanuni gecə reysləri avtomatik olaraq qeyri-qanuni daşımaların qarşısını alacaq. Amma hələ də paytaxtdan bölgələrə qeyri-qanuni daşımanı həyata keçirən avtobuslar fəaliyyət göstərir. Özü də yalnız avtovağzaldan deyil, şəhərin müxtəlif nöqtələrindən sərnişin yığıb yola çıxanlar var...

 

Məsələ ilə bağlı DANX-ın mətbuat katibi Nuridə Allahyarova  yeni açıqlama verib. O bildirib ki, gecə qanuni reysləri gecə qeyri-qanuni resylərinin qarşısını artıq qismən də olsa alıb:

 

"Nəzərə almaq lazımdır ki, biz yeni avtobusları məhdud istiqamətlərdə xətlərə buraxmışıq. Bunlar Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Şəki-Bakı istiqamətləridir. Bu istiqamətlərdə də qeyri-qanuni daşımaların qarşısı xeyli alınıb”.

 

N.Allahyarova qeyd edib ki, növbəti ildən etibarən bölgələrə işləyən avtobusların böyük əksəriyyəti dəyişəcək:

"Növbəti ilin mart ayından sonra yeniliklər regionlara işləyən avtobusların 70-80 faizini əhatə edəndə əsaslı dəyişikliklər hiss olunacaq”.

 

DANX rəsmisi bildirib ki, təmsil etdiyi qurum yalnız avtovağzalların ərazisindən çıxan nəqliyyat vasitələrinə məsuldur:

 

"Biz qeyri-qanuni daşımaların qarşısını yalnız optimallaşma apararaq, xətlərə komfortlu avtobuslar buraxaraq ala bilərik. Qanunvericilikdə qeyri-qanuni daşımalara qarşı hər hansı inzibati tədbirlərin görülməsilə bağlı səlahiyyətimiz yoxdur. Bununla aidiyyatı qurum məşğuldur”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ