www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Başı dərddə olan icra başçıları çıxış yolu axtarır

Başı dərddə olan icra başçıları çıxış yolu axtarır

Bölmə: Ölkə İçi
İşini öhdəsindən gələ bilməyən icra başçıları Prezident Adminstrasiyasına çağrılıb
Başı dərddə olan icra başçıları çıxış yolu axtarır
Azerinews.tv-yə daxil olan məlumata görə Zərdabın icra başcısı Lütvəli Babayev, Yardımlı rayon icra başçısı Sevindik Hətəmov, İmişli rayon icra başçısı Vilyam Hacıyev, Tərtər rayon icra başçısı Ceyhun Cəfərov, Şabran icra başçısı Novruz Novruzov, Göyçay icra başçısı Mənsur Məmmədov, , Astara rayon icra başçısı Qəzənfər Ağayev, Zaqatala İcra başçısı Mübariz Əhmədzadə, Kürdəmir rayon icra başçısı İrşad Əliyev, Mingəçevir rayon icra başçısı Niyazi Bayramov, Qobustan rayon icra başçısı Adil məmmədov, Hacıqabul rayon icra başçısı Əhməd Muxtarov və Ağcabədinin icra başçısı Şahin Məmmədov Prezident Admnistrasiyasına çağrılıb.
Daxil olan məlubatlarda bildirir ki, son zamanlar rayon sakinlərinin davamlı olaraq incidilməsi, problemlərinin həll olunmaması adı keçən rayonlarda haqlı narazılıq yaradıb. Çıxış yolunu ölkə başçısında görən sakinlər Prezident İlham Əliyevə şikayət məktu ilə müraciət edərək kömək istəyiblər. Verilən məlumata görə Zeynal Nağdeliyev rayon sakinlərinin müraciyətinə baxaraq ölkə başçısına məruzə etmişdir. Mənbə qeyid edir ki, Pirezident Adminstrasiyasında adı çəkilən rayonların icra başçılarına ciddi xəbərdarlıq edilmiş və onlardan hesabat tələb olunub. Belə ki, verilən məlumatda göstərilir ki, icra başçılarının nəzərinə çatdırılıb ki, onların idarə etdikləri rayonlarda sosial problemlərə rəhbərliyin biganəlik nümayiş etdirməsi dözülməz hala çevrilib. Bu dözülməzizlik də aksiyalara və etirazlara səbəb olur. Bu hal da ölkədə sabitliyin pozulmasına gətirib çıxarır. Prezidentin sözü ilə desək-kimliyindən salı olmayaraq işinin öhdəsindən gələ bilməyən məmurlar cəzalanacaq...
Başı dərddə olan icra başçıları çıxış yolu axtarır
Daxil olan digər son məlumatda isə Yardımlı rayon icra başçısının görəvdə qalıb qalmaması məsələsi daha ciddidi. Mənbə qeyid edir ki, son illərdə Yardımlıda baş alıb gedən məmur özbaşınalığı və əhalinin sosial problemləri Prezidentin diqqətini çəkib. Və bu səbəbdəndə öklə başçısı Z.Nağdəliyevə ciddi tapşırıqlar verib. Son məlumatlara görə isə Sevindik Hətəmovun həqiqətəndə başı dərdədi. Onun üçündə bəzi yüksək çinli məmurlara elçi düşüb kömək istəyir.
Onuda qeyid edək ki, yaxın günlərdə bir neçə icra başçılarının vəzifəsini itirib tarixin arxivinə gedəcəyi bildirilir. Etimal olunur ki, Prezidentin etimadını doğrulda bilməyən rayon "səfir"lərinin bəziləri idarəçiliyə yox rüşvətə qurşanmasının bədəlini odəyəcəklər. Azerinews.tv