www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Qadın sahibkar İlham Əliyevə şikayət etdi: "Azəryolservis" bizə hədə qorxu gəlir"


Qadın sahibkar İlham Əliyevə şikayət etdi: "Azəryolservis" bizə hədə qorxu gəlir"

Bölmə: Ölkə İçi, Dünya
Qadın sahibkar İlham Əliyevə şikayət etdi: "Azəryolservis" bizə hədə qorxu gəlir"
Ucar rayonu Gəraybəyli kəndi sakini Cəbrayılova Gültəkin İnşallah qızı "Azəryolservis" ASC-dən şikayət məktubu göndərib:


"Dünən "Azəryolservis" ASC-nin bizim 8 nəfərlik ailəmizin yeganə çörək, iş yerimizi dağıtmaq istəməsi barədə mətbuatda çıxış edib Prezidentdən və Mehriban xanımdan kömək istəyəndən sonra həmin obyektə "Azəryolservis" ASC-nin qoçuları basqın edib seximizi uçurmaq istədilər. Özüm başda olmaqla bütün ailə üzvülərimiz buna imkan vermədik. Ağır texnikaları gətirib düz sexin qarşısında saxlayıblar ki, biz oradan gedən kimi söküb dağıtsınlar. Buna görə məcbur olub burada gecələyirik. "Azəryolservis" ASC mətbuata yalan açıqlama verib ki, körpü tikintisindən sonra onlara yol veriləcək, işləri bərpa ediləcək. Mən bütün mətbuat işçilərini, qeyrətli jurnalistləri, telekanalları Ucar rayonuna dəvət edirəm, xahiş edirəm gəlin gözünüzlə baxın görün körpü tikiləndən sonra mənim mülkiyyətim hansı vəziyyətə düşəcək, bura nəinki yük maşını heç kiçik avtomobildə gələ bilməyəcək. Bunların məqsədi saxtakarlıqla Prezidenti və ictimaiyyəti yalan məlumatla aldatmaqdır. Bunu Allahda götürməz. 8 nəfərlik ailəni acından məhv etmək cinayətdir ki, bunu "Azəryolservis" ASC- nin saxtakar, korrupsiyaya qurşanmış vəzifəli şəxsləri törədirlər. Mən artıq rəsmi qaydada şikayət ərizələri ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Nəqliyyat Naziri Ziya Məmmədova və "Azəryolservis" ASC-nin sədri Saleh Məmmədova müraciət etmişəm. Ümüdüm Allaha və Sizədir. Artıq həmin seximizin qarşısında gecələyirik ki, bu azğınlaşmışlar dağıtmasınlar. Mətbuat vasitəsi ilə yenə təkrar olaraq Prezident cənab İlham Əliyevə və Mehriban xanıma müraciət edirəm bizə kömək edin imkan verməyin haqqq-halal mülkiyətimizi saxtakarlıqla məşğul olan "Azəryolservis" ASC-nin dələduz əməkdaşları dağıdıb ailəmizi acından məhv etsinlər, Onlar Sizi də , ictimaiyyətidə yalan məlumatlarla aldadırlar. Mətbuat nümayəndələrindən çox-çox xahiş edirəm gəlin gözünüzlə baxın görün kim düz deyir biz yoxsa saxtakar "Azəryolservis" ASC.
Xatırladım ki, Bakı-Qazax magistral yolunun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Ucar rayon ərazisindən keçən hissəsində aparılan işlərə görə qanunu sənədlərlə mülkiyyətimiz olan yük avtomaşınlarının təmiri sexinini fəaliyyəti qanunsuz olaraq dayandırılıb. Həmin sexə gedən yol bağlanılıb deyə bir ildir işləmir. 1995-ci il tarixdə mərhum həyat yoldaşım Cəbrayılov Məhəmmədəli Şirxan oğlu həmin torpaq sahəsini alıb sənədlə qanunu qaydada sex tikdirdi. Həyat yoldaşım və oğlanlarım orada yük avtomobillərinin təmiri ilə məşğul olurdular ki, buna görə vaxtlı-vaxtında dövlətə vergi ödəyirdik. 2011-ci il tarixdə həyat yoldaşım böyrək dializi xəstəliyindən dünyasını dəyişdi. Həyat yoldaşım xəstə olan vaxt avtomobil təmiri sexini satıb onun müalicəsinə xərcləmək istəyəndə o xəstəliyinin sağalmayacağını bilib buna icazə vermədi ki, bu sex 8 nəfərlik ailəmin daimi iş, çörək yeridir. İndi isə "Azəryolservis" ASC haqqı-halal qnunu mülkiyyətimizi əlimizdən alır. Həmin sexə gedən yolu tikintiyə görə 1 ildir bağlayıb bizim ailəni işsiz çörəksiz qoyublar. Biz buna görə Ucar Rayon İcra Hakimiyəti başçısının qəbulunda olub şikayətimizi etdik. İcra başçısının tapşırığından sonra"Azəryolservis" Asc-nin Azər adl məsul vəzifəli əməkdaşı gəlib bizə 17000 manat kompensasiya təklif etdi və bildirdi ki, tikinti başa çatdıqdan sonra işinizi davam etdirib sexinizin fəaliyyətini bərpa edərsiniz. 31 may 2015-ci il tarixdə isə"Azəryolservis" Asc-nin Azər adl əməkdaşı gəlib bildirdi ki, "müdriyyət dedi ki, onlara heç bir kompensasiya düşmür, bu yolu və körpünü dövlət çəkir, yol çəkiləndən və körpü tikiləndən sonra sexlərini açıb işləyərlər". Ancaq magistral yolda tikilən körpü sexin yaxınlığından keçdiyi üçün orada bundan sonra işləmək heç cürə mümkün olmayacaq. Ona görə ki, körpünün yamacı bizim sexin 4 metrliyindən keçirki 2 metr hündürlükdədir, belə olanda sexə nəinki yük avtomobilləri, heç kiçik maşınlarda gələ bilməyəcək. 2 metr hündür olan körpünün yamacında yerləşən sexdə işləmək özü çox təhlükəlidir. Hər an nəqliyyat hadisəsi baş verə bilər ki, buna görə kiminsə həyatını sığortalamaq mümkün deyil. Bunun əlacı isə düzgün kompensasiyamızı versinlər ki, seximizi həm bir neçə metr arxaya çəkib həm də yamacla sexin yolunun arasında olan hündürlüyü eyniləşdirib əvvəlki kimi sahibkarlıq fəaliyyətimizi bərpa edə bilək. "Azəryolservis" ASC isə bizə hədə qorxu gəlir, mülkiyyətimizi əlimizdən tamam almaq istəyir.