www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » 5 iri bank maxinasiyaya görə 5 milyard dollar ödəməli olacaq

5 iri bank maxinasiyaya görə 5 milyard dollar ödəməli olacaq

Bölmə: Ölkə İçi
5 iri bank maxinasiyaya görə 5 milyard dollar ödəməli olacaq
Beş iri beynəlxalq bank öz aralarında sövdələşərək valyuta kursları ilə maxinasiya həyata keçirdiklərinə görə 5 milyard dollardan çox cərimə ödəməli olacaq.
Bu barədə ABŞ-ın Ədliyyə Departamenti məlumat yayıb.

Sövdələşmədə iştirak edənlər Amerikanın “JPMorgan” və “Citigroup”, Britaniyanın “Barclays”, Şotlandiyanın “Royal Bank of Scotland” (RBS) və İsveçrənin UBS banklarıdır.

Onlar öz əməllərini etiraf ediblər və ABŞ hakimiyyəti ilə 5 milyard dollar cərimənin ödənilməsini razılaşdırıblar. Bankların ödəyəcəkləri məbləğ cəmi 5,6 milyard dollardır.