www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Misir Mərdanovun kürəkəni rəis göndərildi


Misir Mərdanovun kürəkəni rəis göndərildi

Bölmə: Ölkə İçi
Misir Mərdanovun kürəkəni rəis göndərildi
Dövlət Gömrük Komitəsində işdən çıxarılan və əslən Naxçıvandan olan rəislərin (Ədalət Hüseynəliyev, Elçin Quliyev və Sahib Axundov) yerinə yeni təyinatlar olub.

Xudafərin Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov Astara Gömrük İdarəsinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin I müavini Azər Məmmədov Xaçmaz Gömrük İdarəsinə, Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin müavini İlqar Abdullayev isə Biləsuvar Gömrük İdarəsinə rəis vəzifəsinə təyin edilib.

Xaçmaz Gömrük İdarəsinə rəis göndərilən Azər Məmmədov sabiq təhsil naziri Misir Mərdanovun kürəkənidir.

Maraqlı məqam budur ki, yeni rəislərin heç biri əslən naxçıvanlı deyil.(AzNews.az)