SON DƏQİQƏ

Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ

Tarix:28-05-2019, 11:18

Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Qarabağ torpaqlarında hərbi xidmət keçən oğlunun Qarabağı tərk etməsi təsdiqlənib.

 

Bu məlumatı Paşinyan həyat yoldaşı Anna Akopyan təsdiqləyib.

Oğlunun Yerevanda olduğunu bildirən Akopyan Aşot Paşinyanın tezliklə yenidən Qarabağa qayıdacağını söyləyib.

"Onun gəlişi heç nə ilə bağlı deyil. Qarabağa qayıdaraq hərbi xidmətini davam etdirəcək”.

 

Anna Akopyan bütün əsgərlərin qanunla nəzərdə tutulmuş məzuniyyət hüququndan danışıb. 


Xatırladaq ki, Ermənistan KİV-i Paşinyanın oğlunun Yerevan yaxınlığındakı hərbi hissəyə gətirildiyini yazır. 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ