SON DƏQİQƏ

Nərimanovda “Ölkəmizi tanıyaq” tur-aksiyası ilə bağlı görüş - Fotolar

Tarix:15-11-2017, 21:13

 

15 noyabr 2017-ci il tarixində Nərimanov Rayon rəhbərliyinin "Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüşü baş tutub.

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən "Ölkəmizi tanıyaq” tur aksiyasının yolasalma tədbirində Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Adil Əliyev, YAP Nərimanov təşkilatının sədri Təmraz Tağıyev, rayon ərazisində yerləşən müəssisə, idarə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, valideynlər iştirak etmişlər

 Nərimanovda “Ölkəmizi tanıyaq” tur-aksiyası ilə bağlı görüş - Fotolar

 "Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət etdikdən sonra tədbir Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında davam etmişdir.

Tədbir iştirakçılarını salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev  vurğulamışdır ki, məktəblilər tur zamanı Azərbaycanın cənub bölgəsinin tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, Bayraq meydanları, gənclər mərkəzləri, rəsm qalereyaları, həmçinin tarix-diyarşünaslıq muzeylərinə baxış keçirəcəklər. 

A.Fərzəliyev turda iştirak edəcək şagirdlərə uğurlar arzulamışdır.

Qeyd edək ki, 4 il ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göy-göl, Şamaxı-İsmayıllı, Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Fizuli-Tərtər) 7 tur aksiya təşkil edilmişdir. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur aksiyalarda ümumilikdə 13648 məktəbli iştirak edib. Hazırda noyabr ayının 11-14 və 16-19 tarixlərində növbəti 8-ci tur aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfərin iştirakı nəzərdə tutulmuşdur. Bununla tur aksiya iştirakçılarının sayı 17000-ə çatmışdır.

            4 il ərzində Nərimanov rayonundan "Ölkəmizi tanıyaq” tur aksiyalarında Naxçıvan MR, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Fizuli-Tərtər, Lənkəran-Masallı-Lerik-Astara istiqamətlərində 216 nəfər şagird iştirak etmişdir. Tur çərçivəsində keçirilən intelektual oyunlarda rayonun şagirdləri bir sıra uğurlar qazanmışdırlar.

 

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ