www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Cəbhə xəttində daha bir nəfər yaralandı

Cəbhə xəttində daha bir nəfər yaralandı

Bölmə: Ölkə İçi
Cəbhə xəttində daha bir nəfər yaralandı
Ermənilərin atəşi nəticəsində Qazax rayonunun Məzəm kənd sakini yaralanıb



Gecə saatlarında Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində bir nəfər kənd sakini də yaralanıb.

Bu Qazax rayonunun Məzəm kənd sakini 44 yaşlı Aslanov Çingiz Mədət oğludur.

O, sağ bud nahiyəsindən güllə yarası alıb və hazırda Qazax rayonnuda xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən kənd sakininin vəziyyətinin orta-ağır olduğu bildirilir.