www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Tovuzun icra başçısına töhmət verildi

Tovuzun icra başçısına töhmət verildi

Bölmə: Ölkə İçi
Tovuzun icra başçısına töhmət verildi
Tofiq Zeynalova sonuncu dəfə xəbərdarlıq edilib, onu işdən çıxara bilərlər

Tovuzun icra başçısı Tofiq Zeynalov bu yaxınlarda töhmət alıb. JAM.AZ-a verilən məlumata görə, generalın qardaşının belə bir «mükafat»a layiq görülməsi onun rəhbəri olduğu rayondan Prezident Admnistrasiyası və digər dövlət qurumlarına edilən şikayətlərin çoxluğu olub.

Məlumatda vurğulanır ki, Tofiq Zeynalovun bir digər «əməyi» isə Tovuz rayonunun düzgün idarə edilməməsi ilə bağlıdır. JAM.AZ-a məlumat verən mənbə iddia edir ki, icra başçısının yarıtmaz kadr siyasətindən tutmuş, rayonda dözülməz vəziyyət yaratması bir sıra ciddi problemlərə yol aça biləcəyi səbəbindən rəsmi qurumlar tərəfindən nəzarətə götürülüb. Və Zeynalova xəbərdarlıq edilib ki, qısa müddətdə rayonda dönüş yarada bilməsə, işdən azad ediləcək.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.