www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » MTRŞ sədri: “Aparıcılarımız Azərbaycan dilini orta səviyyədə də bilmirlər”

MTRŞ sədri: “Aparıcılarımız Azərbaycan dilini orta səviyyədə də bilmirlər”

Bölmə: Ölkə İçi
MTRŞ sədri: “Aparıcılarımız Azərbaycan dilini orta səviyyədə də bilmirlər”


Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli yenidən teleaparıcıları sərt tənqid edib. “Telekanallarımızda işləyən aparıcıların əksəriyyəti Azərbaycan dilini heç orta səviyyədə də bilmirlər”- deyən şura sədri əlavə edib ki, aparıcıların əksəriyyətinin nitqinin ədəbi dil normalarına uyğun olmaması açıq şəkildə özünü göstərir:

“Onların sayı o qədər çoxalıb ki, bu cür “aparıcıların” arxasınca getmək məcburiyyətindəyik. Çalışmalıyıq ki, televiziya və radio kanallarında aparıcılar Azərbaycan ədəbi dil normalarını düzgün nümayiş etdirsinlər. Bilirsiniz ki, aparıcı ilə tamaşaçı arasında əlaqəni ekran yaradır. Burada əsas iş aparıcının üzərinə düşür. MTRŞ çox istəyir ki, televiziya və radio kanallarında ciddi, müəllif verilişlərində xalq dilində deyil, ədəbi dildə danışan aparıcılara üstünlük verilsin. Bu cür şəxslər Azərbaycan ədəbi dilini ən azı orta səviyyədə bilməlidirlər. Təssüf ki, bu gün o yoxdur”.