www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Cəbhədə vəziyyət gərgindir

Cəbhədə vəziyyət gərgindir

Bölmə: Ölkə İçi
Cəbhədə vəziyyət gərgindir
Sutka ərzində atəşkəs rejimi 30 dəfə pozulub
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Şuraabad, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.