www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Daha bir əsgər öz hərbçi yoldaşını güllələdi

Daha bir əsgər öz hərbçi yoldaşını güllələdi

Bölmə: Ölkə İçi
Daha bir əsgər öz hərbçi yoldaşını güllələdi
Azərbaycan Ordusunun əsgəri öz hərbçi yoldaşını güllələyib.
Hadisə Müdafiə Nazirliyinin Ağdamda yerləşən "N" saylı hərbi hissəsində baş verib.



Lerik rayonundan hərbi xidmətə çağırılan 18 yaşlı əsgər Zöhrab Məmmədov hərbçi yoldaşı tərəfindən gülllələnib.

Yaralanan əsgərin qohumlarının sözlərinə görə, Z. Məmmədov hospitala yerləşdirilib və vəziyyəti ağırdır.

Onlar bildiriblər ki, hadisə əsgərin silahdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməməsi və etiyatsızlıq nəticəsində qeydə alınıb.

Qeyd edək ki, bu, orduda baş verən ilk belə hadisə deyil.