SON DƏQİQƏ

YÜKSƏK MÜKAFATA LAYİQ GÖRÜLDÜ

Tarix:7-11-2018, 22:32

 

Cümhuriyyətimizlə yaşıd olan Azərbaycan Polisinin 100 illiyini də sevinc və qürur hissi ilə qeyd etdik. Bu möhtəşəm yubiley münasibətilə bu gün sıralarımızda xidmət edən, fədakarlıqlar göstərən həmkarlarımız, həmçinin təqaüddə olsalar da ölkə və Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunmuş veteranlarımız yüksək mükafatlarla təltif olundular.

Onların arasında Quba Rayon Polis Şöbəsi Veteranlar Şurasının sədri, istefada olan polis mayoru Cəlaləddin Məmmədov da vardır. Respublikanın daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun müvafiq əmri ilə o, "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

Bununla əlaqədar keçirilən tədbirdə Quba RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov rayonda cinayətkarlıqla mübarizədə, ictimai-asayişin qorunmasında, gənc əməkdaşların peşəkarlığının artırılmasında, qabaqcıl təcrübənin onlara öyrədilməsində polis veteranlarının əhəmiyyətli rolunu vurğulayıb, yaşlarının bu çağında da onların məsuliyyətini, işgüzarlığını xatırladaraq yubiley medalını C.Məmmədova təqdim edib, ona uzun ömür, cansağlığı, işlərində yeni uğurlar arzulayıb.

Nazirliyin rəhbərliyi tərəfindən polis veteranlarının əməyinin yüksək qiymətləndirildiyini diqqətə çatdıran C.Məmmədov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, rayonda cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyinin təmin olunmasında və asayişin keşiyində bundan sonra da əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

 

Nizam Həmidov,

polis leytenantı

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ