SON DƏQİQƏ

Qubada “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir

Tarix:4-10-2018, 00:10

Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən 2018-ci ilin sentyabr ayının 15-dən oktyabrın 15-dək respublika ərazisində "Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Quba Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb liseyində hərəkət iştirakçılarının məlumatlandırılması məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşları, həmçinin şagird və məktəb liseyin pedaqoji heyəti iştirak ediblər.

Çıxış edən RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Saleh Eyyubov bildirib ki, bu cür marifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaqdır. Şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçirlərinin əhəmiyyətindən danışan polis kapitanı, nişanlardan düzgün istifadə qaydaları haqqında məlumat verib. Şagirdlərə hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarını başa salan S.Eyyubov, yol ayrıclarında piyada keçidlərindən istifadə etmələri bildirib.

Daha sonra şagirdlərə yol hərəkəti qaydaları barədə malumatlandırıcı videosujet nümayiş etdirilib. Şagirdlər videosujetə diqqətlə baxaraq yol hərəkəti qaydaları haqda biliklərini daha da təkmilləşdiriblər.

Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub. Təhsil müəssisəsinin qarşısında yerləşən yolda davam edən tədbirdə, şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyyələr verilib.

 

Nizam Həmidov

polis leytenantı

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ