SON DƏQİQƏ

Səlim Müslümova yeni vəzifə verildi - EKSKLÜZİV

Tarix:28-09-2018, 11:45

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni vəzifəyə götürülüb.

Eks-nazirin dostları bildiriblər ki, Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim vəzifəsinə təyin olunub.


Bildirilib ki, eks-nazirin Bakıdan kənarda olması və səhhətində problemlərin yaranması barədə məlumatlar əsassızdır.

"Ölkədən kənara çıxması barədə deyilənlər yalandır. Səlim Müslümov hazırda elmi işlə məşğuldur. O, əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində də çalışıb. Həmçinin, Səlim müəllimin xarici ölkələrdə də pedaqoji təcrübəsi olub. Rus və ingilis dillərində sərbəst danışa və dərs deyə bilir”. 

Milli Aviasiya Akademiyasından saytımıza eks-nazir Səlim Müslümovun Dünya iqtisadiyyatı kafedrasında dərs dediyini təsdiqləyiblər.

 
Qeyd edək ki, S.Müslümov iqtisad elmləri doktoru, professordur.

Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında  Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ