SON DƏQİQƏ

Quba rayonunun iki kəndinə təbii qaz verildi.

Tarix:6-09-2018, 11:46

 

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi tərəfindən Respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, 2018-ci il sentyabrın 5-də Quba rayonunun Güneyməhəllə və Ərməki kəndlərinə ilk dəfə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 143 abonenti olan Ərməki kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1160 metr polietilen boru ilə daşıyıcı, 7482 metr müxtəlif diametrli metal borularla paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.Quba rayonunun iki kəndinə təbii qaz verildi.

75 abonenti olan Güneyməhəllə kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 8319 metr müxtəlif diametrli metal borularla paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Tədbirdə çıxış edən sakinlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər

"Azəriqaz”İB-nin İctimaiyyətlə  əlaqələr şöbəsi. 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ