SON DƏQİQƏ

Şabran rayonunun Qorğan kəndinə təbii qaz verildi.

Tarix:4-09-2018, 13:22

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər 2018-ci ildə də  davam etdirilməkdədir.Bu məqsədlə,sentyabrın 04-də Şabran rayonunun Qorğan  kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 101 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1941 metr polietilen boru ilə daşıyıcı, 10 521 metr müxtəlif diametrli metal borularla paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Şabran rayonunun Qorğan  kəndinə təbii qaz verildi.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Hazırda Şabran rayonunun Sumağava Qazma kəndinin də qazlaşdırılması istiqamətində işlər yekunlaşdırılıb və istismara qəbul mərhələsindədir. Tezliklə həmin  yaşayış məntəqəsi də  təbii qazla  təmin ediləcək.

Tədbirdə çıxış edən sakinlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

                                                                    

                                                                         "Azəriqaz”İB-nin İctimaiyyətlə

                                                                                 əlaqələr şöbəsi.

 

 

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ