SON DƏQİQƏ

İcra başçısı səyyar qəbul keçirdi

Tarix:29-08-2018, 18:21

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

İH-dən daxil olan xəbərə görə, qəbulda RİH-nin məsul şəxsləri, RİH başçısının Sahə inzibati ərazi dairələri  üzrə nümayəndələri, Nərimanov bələdiyyəsinin sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Abdin Fərzəliyev rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq, yenidənqurma və quruculuq işlərindən danışıb. O, yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.

 

Sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Müraciətlər əsasən məhəllədaxili yolların təmiri,  liftlərin dəyişdirilməsi və ya əsaslı təmir olunması,  mənzil şəraitinin yaxşılaşdırılması, işlə təminat və sosial yönümlü məsələlərlə bağlı olub.

Qaldırılan məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

 



скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ