SON DƏQİQƏ

Həbsxanadan məmurlara gül göndərən MTN işçisinə 9 il cəza kəsildi

Tarix:15-01-2019, 18:04

Sabiq MTN əməkdaşı məhkəmə önünə çıxarılıb. Onun dələduzluğa görə həbs edildiyi və həbsxanada olduğu müddətdə də bir neçə nəfərə qarşı dələduzluq etdiyi üzə çıxıb. O, birlikdə cəza çəkdiyi məhbusları əfv siyahısına saldıracaqmış.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən sabiq MTN işçisi Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Vüqar Allahverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Vüqar Allahverdiyev həbsxanada olan zaman məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib.

Zərərçəkmiş şəxslərin müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Araşdırma zamanı Vüqar Allahverdiyevin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə bir neçə dələduzluq əmələ törətdiyi üzə çıxıb. 

Belə ki, həbsxanada ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib. Naməlum şəxslər vasitəsi ilə Kəmalə Quliyevadan 3000, Firdovsi Məmmədovdan 2500, Namiq Həsənovdan 3000 manat alıb. Cinayət işi üzrə həmin xüsusatlar araşdırılarkən müəyyən edilmiş digər qanunsuz hərəkətləri törətməsinə şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, dələduzluqda ittiham edilən V.Allahverdiyev ləğv edilmiş MTN-də işləyib.

Bildirək ki, V.Allahverdiyev həbsxanadan vəzifəli şəxslərə gül göndərib, doğum günlərini, bayramlarını təbrik edirmiş. Həbsdən əvvəl tanıdığı həmin məmurlar isə V.Allahverdiyevin həbsdə olduğunu bilmirmişlər. O, xarici ölkədə səfərdə olduğunu deyirmiş.

Vüqar Allahverdiyev bu əməlləri törətməmişdən əvvəl də dələduzluq edibmiş. O, MTN-ə işə düzəltmək adı ilə müxtəlif şəxslərdən pul alıbmış. Zərərçəkmişlər isə onun MTN-ə işləməsindən qorxaraq şikayət etmirmiş. Lakin Eldar Mahmudov MTN-dən uzaqlaşdırıldıqdan sonra Vüqar Allahverdiyevin əməlləri də üzə çıxıb. Digər MTN işçiləri kimi V.Allahverdiyev də həbs edilibскачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ