SON DƏQİQƏ

Xaçmazda reyd keçirilib

Tarix:15-08-2018, 10:46

YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏZİLİYİNİN TƏMİNİ MƏQSƏDİLƏ REYD KEÇİRİLİB

DİN Mətbuat Xidmətinin Quba rayonundaregional qrupundan verilən məlumata görə, Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti və Xaçmaz Dövlət Yol Polisi bölməsi əməkdaşları tərəfindən Xaçmaz rayonunda reyd keçirilib. Yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Saxlanılan zaman 51-dan çox sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş halda idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub.

Yollarda sürücülərin piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər həftə ərzində rayon ərazisində davam etdiriləcək.

 

Nizam Həmidov

polis leytenantı

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ