SON DƏQİQƏ

Quba rayonunda yeni suvarma kanalı çəkilir- VİDEO

Tarix:15-01-2019, 13:17

Quba rayonunda 5 min hektar ərazinin suvarılmasını təmin edəcək yeni kanal çəkilir.Kanalın açıq hissəsi və dəmir boruların quraşdırma işləri başa çatıb.Hazırda Qaraçayın üzərində su durulducu qurğu və su ötürücü kanalın tikintisi davam edir.

Uzunluğu 16min 200metr uzunluğunda olan suvarma kanalı 4 kəndin ərazisindən keçəcək və kanalın suyundan bu kəndlərdəki təsərrüfatlar yararlanacaq.Çəkilən su kanalı rayonun ümumilikdə 5 min hektar torpaq sahəsinin suvarılmasını təmin edəcək.

Son vaxtlar Quba və Qusar rayonlarında 3-çayın üzərində "baş qurğu” tikilərək istismara verilib.İndi isə Qaraçayın üzərində su durulducu qurğunun və su ötürücü kanalın tikintisi gedir.Burada əsas məqsəd çaydan gələn suyun dənizə axıdılmasının qarşısını almaq və səmərəli istifadəsi üçün yönləndirilməsidir.Qaraçayın suyu ilə qidalanacaq su ötürücüsü sonda Samur-Abşeron kanalına birləşdiriləcək.

Betonlama işləri tam başa çatdıqdan sonra saniyədə 15 kubmetr su tutumuna malik kanalda tullantıları təmizləmək üçün xüsusi qurğu da quraşdırılacaq.Suyun bir ərazidən digər əraziyə ötürülməsi üçün Qaraçayın müxtəlif hissələrində quraşdırılan estakadalar isə tam hazır vəziyyətə gətirilib.Bundan əlavə, kanalların üzərində olan körpülər, keçidlər, habelə qrunt sularının kənara ötürülməsi üçün yardımçı kanalların tikintisi də aparılır.

 

Ümumiyyətlə,son illər əhalinin içməli suya tələbatının ödənilməsi və suvarma suyu ilə təmin etmək məqsədi ilə  təkcə Qusarçay,Qudyalçay və Cağacıq çaylarından Samur-Abşeron kanalına kimi 30-kilometrdən artıq su ötürücü kanallar tikilib.Bunun nəticəsində də minlərlə hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb və mövsüm vaxtı fermerlər suvarma suyundan rahat şəkildə istifadə edə bilirlər.Elə Qaraçaydan Samur-Abşeron kanalına dək yeni su xəttinin çəkilməsində də məqsəd budur.Hazırda respublikamızın hər bir bölgəsində kənd təsərrüfatı məhsulları istehsalının artırılması, sudan və torpaqdan daha səmərəli istifadə edilməsi məqsədi ilə suvarma sisteminin yaxşılaşdırılması,yeni mütərəqqi suvarma üsullarının tətbiqi üçün böyük həcmdə işlər davam etdirilir.Adı çəkilən suvarma kanalının tikintisi isə ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ