SON DƏQİQƏ

“Yazdığımız hər bir söz, cümlə, etdiyimiz hər bir paylaşım ölkədə ictimai gərginlik yarada bilər”

Tarix:10-07-2018, 14:26

"Amma təəssüflər olsun ki, bəzən həssas məqamlarda, xüsusən də ölkədə sabitliyi pozmağa yönələn fəaliyyətlər fonunda bəzi kütləvi informasiya vasitələri bilərəkdən və ya bilməyərəkdən o prosesə qoşulur və ümumi ictimai rəyi çaşdırmaqla məşğul olurlar”

İyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktından sonra bəzi kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan, təxribat xarakterli məlumatlar yayıldı. Baş Prokurorluq artıq bu cür dört saytın bağlanmasıyla bağlı məlumat yaydı və sayt redaktorlarına cinayət işi açıldı. 

Media eksperti Azər Həsrət Moderator.az-a açıqlamasında bildirdi ki, həmkarlarımız bu kimi həssas məqamlarda diqqətli olmalıdırlar:

"Əlbəttə ki, biz arzu etməzdik ümumiyyətlə hansısa bir informasiya agentliyinə dövlət hansısa formada müdaxilə etməyə məcbur olsun. Azərbaycan azad hüquqi dövlətdir və burda hər şey qanunlar çərçivəsində təşkil edilib. Həmkarlarımız da bütün fəaliyyətlərini bu çərçivədə qurmalıdırlar. Amma təəssüflər olsun ki, bəzən həssas məqamlarda, xüsusən də ölkədə sabitliyi pozmağa yönələn fəaliyyətlər fonunda bəzi kütləvi informasiya vasitələri bilərəkdən və ya bilməyərəkdən o prosesə qoşulur və ümumi ictimai rəyi çaşdırmaqla məşğul olurlar. Bu konkret dörd saytla bağlı və eyni zamanda sosial media üzərindən çağırışlar etmək məsələsinə gəlincə, Azərbaycan dövləti məcburiyyət qarşısında bu addımları atır. Yəni terrora və terrorçunu dəstəkləməyə edilən çağırışlar eyni zamanda ictimai rəyi çaşdıracaq  paylaşımların edilməsi, bütün bunlar dövlətin təhlükəsizliyi üçün əlavə təhdid deməkdir. 

 Mən həmişə neçə illərdir internet mediası ortaya çıxandan qeyd etmişəm ki, biz azadlığımızı qorumaq istəyiriksə, məsuliyyətimizi unutmamalıyıq.  Bizim yazdığımız hər bir söz, cümlə, etdiyimiz hər bir paylaşım ölkədə ictimai gərginlik yarada bilər, qarşıdurmalara səbəb ola bilər və dövlətin təhlükəsizliyinə zərbə vura bilər. Biz bunu nəzərə almalıyıq. Mən düşünürəm ki, hüquq-mühafizə orqanlarının həm saytlarla, həm də o şəxslərlə bağlı xəbərdarlıqları etməsi düzgün addımdır. Arzu edərdim ki, həmin həmkarlarımız səhvlərini anlayıb, bu cür yoldan çəkinsinlər. Biz heç kimin həbsdə yatmasını və jurnalistikadan getməsini arzu etmirik. Amma bu adamlar elə bir vəziyyət yaradırlar ki, son vasitə kimi onlara qarşı cinayət işi açmaq məcburiyyətində qalırlar”. 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ