SON DƏQİQƏ

“Ölkədə dini durum nəzarət altındadır” - DTX-dan açıqlama

Tarix:10-07-2018, 12:47

Daxili İşlər Nazirliyi ilə birgə görülən tədbirlər nəticəsində son bir ildə xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb, 12 əcnəbi ekstremist Dövlət Miqrasiya Xidmətinin köməyi ilə ölkə hüdudlarından çıxarılıb.

 bunu "Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov bildirib.

O qeyd edib ki, Dövlət Sərhəd Xidməti ilə birgə iş nəticəsində xaricdəki münaqişələrdə iştirak edən 20 ekstremist respublikaya qayıdarkən saxlanılaraq istintaq orqanlarına təqdim olunub.

 

S.Mahmudov əlavə edib ki, Dövlət Təhlükəsizliyi Xidməti bu gün aidiyyəti orqanlarla birgə ölkədə ekstremizm və radikallıq meyillərinin qarşısını almaq məqsədilə ardıcıl və sistemli iş aparır.

Şöbə rəisinin sözlərinə görə, bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin hüququdur.

DTX rəsmisi bildirib ki, din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ