SON DƏQİQƏ

Bakı-Quba yolunda təmir işləri aparılır

Tarix:9-07-2018, 13:55

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən "Saray postu”na kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi xəbərə görə, rənglənmə işləri axşam saatlarına qədəryekunlaşdırılacaq.

Anoloji işlər bu gün axşam saat 23:00-dan etibarən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun "Xırdalan dairəsi”ndən "Şamaxı yolu” adlanan əraziyə qədər olan hissəsində də aparılacaq. Burda rənglənmə işləri səhər saatlarına qədər yekunlaşdırılacaq.

Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ