SON DƏQİQƏ

XALQIN POLİSƏ İNAMI SARSILMAZDIR!

Tarix:6-07-2018, 00:12

Bu fikir Xaçmaz Rayon mədəniyyət evində keçirilən Azərbaycan Polisinin 100 illiyinə həsr olunmuş tədbirdə səslənib. Rayon Polis Şöbəsinin kollektivinin,  Rayon İcra Hakimiyyətinin başçısının, rayon prokurorluğunun, veteranlar şürasının nümayəndələrinin və rayon ziyalılarının  iştirak etdiyi tədbirdə çıxış edən Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov Azərbaycan polisinin 100 yaşı münasibəti ilə hər bir polis əməkdaşını təbrik edib, müstəqil dövlətimizin yarandığı ilk gündən xalqına şərəflə, qürurla xidmət edən qanun keşikçilərinin daim öz andına sadiq olduğunu bildirib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyan N.Məhərrəmov, tədbirdə iştirak edən hər kəsə polisimizin uğurlarını günü-gündən artacağını, Xaçmaz Rayon Polis Şöbəsinin  kollektivinin də ictimai təhlukəsizliyin qorunmasında öz bacarıqlarını əsirgəməyəcəyini deyib. 
Sonra çıxış edən Xacmaz Rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev,  100 yaşını qeyd edən daxili işlər orqanlarının əməkdaşlarını yubiley tədbiri münasibətilə təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar arzu edib. 
Tədbirdə iştirak edən 32 polis veteranlarına və mülki qadın işçilərə müxtəlif hədiyyələr təqdim olunub. 
Nizam Həmidov
DİN Mətbuat Xidmətinin əməkdaşı
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ