SON DƏQİQƏ

SİYƏZƏNDƏ BAYRAM TƏDBİRİ KEÇİRİLİB

Tarix:6-07-2018, 00:06

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsində Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib. Tədbirdə Rayon İcra hakimiyyətinin nümayəndələri, rayon ziyalıları və polis veteranları iştirak ediblər. 
Tədbirin əvvəlində rayon polis şöbəsinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. 
RPŞ-nin inzibati binasında davam edən tədbiri rəis,  polis polkovniki Valik  Vəlimətov açıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-nin Polis Günü elan olunduğunu bildirib, daha sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. 100 illik tarixi olan polisimizin keçdiyi çətin dövrdən, qazanılan uğurları qeyd edən V.Vəlimətov, bundan sonra da ictimai təhlukəsizliyin qorunmasında polisin xidmətinin daha da artacağını və bu yolda lazım gələrsə canını belə əsirgəməyəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 
Daha sonra çıxış edənlər Azərbaycan Polisinin keçdiyi şanlı tarixdən söhbət açaraq,  dövlətçiliyimizin möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə  polis işçilərinə uğurlar arzulayıblar.
Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.
Nizam Həmidov
DİN Mətbuat Xidmətinin əməkdaşı

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ