SON DƏQİQƏ

100 YAŞIN MÜBARƏK, AZƏRBAYCAN POLİSİ!

Tarix:6-07-2018, 00:03

Qusarda Azərbaycan Polsinin 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Rayon Polis Şöbəsinin əməkdaşları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə tər çiçəklər düzüblər. Daha sonra tədbir Qusar rayon mədəniyyət evində davam etdirilib. İcra hakimiyyətinin başçısı Şair Alxasov polis əməkdaşlarını təbrik edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Zaur Bədəlov Azərbaycan polisinin 100 illik çətin və məsuliyyətli fəaliyyəti barədə məruzə ilə çıxış edib. O, keçilən şanlı tarixi yola nəzər salıb.  Ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayan polis rəisi, daxili işlər orqanları  əməkdaşlarının bundan sonra da vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyətlərini davam etdirəcəklərini, bu sahədə səy və bacarıqlarını əsirgəməyəcəklərini bildirib.
Yubiley tədbn həlak olan polis əməkdaşlarının ailələri də iştirak edib. ailəsi də olub. Z.Bədəlov 2013-cü ildə cinayətkar qrupla atışma zamanı həlak olan, Qusar RPŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Qalib Quliyevin oğlu Elvin Quliyevin bu ilki qəbul imtahanının 1-ci mərhələsində 649 bal topladığını bildirərək, hər bir polisimizin onunla fəxr etdiyini bildirib. Yüksək nəticə göstərən polis övladına polis rəisi tərəfindən mükafat verilib.
Tədbirin sonunda Qusar Rayon Polis Şöbəsinin rəhbərliyi və şəxsi heyəti Qusar polis şöbəsinin sahə müvəkkili işləmiş, Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun xatirəsini yad ediblər.
 
Nizam Həmidov
Məbuat Xidmətinin əməkdaşı
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ