SON DƏQİQƏ

YOL POLİSİ QUBADA TƏDBİR KEÇİRİB

Tarix:9-06-2018, 10:08

Baş Dövlət Yol Polisi İdarəsinin və Quba Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşlarının iştirakı ilə rayonun Nügədi 1 kəndindəki Zəki Kərimov adına 1 saylı orta məktəbdə şagird, valideyn və müəllim heyətinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev məktəblilərə piyadanın vəzifələri, yol nişanları, eləcə də nizam-intizam qaydaları barədə geniş məlumat verib. O qeyd edib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınmasıdır. Ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması çox vacibdir. Cıxışının sonunda  yol-nəqliyyat hadisələrinin azalmasında aparılan təbliğat işlərinin əhəmiyyətini vurğulayan polis mayoru məktəblilərə təhsillərində uğurlar arzulayıb. 
Çıxış edən Quba RPŞ-nin DYP bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Saleh Eyyubov bildirdi ki, keçirilən bu cür görüşlər, aparılan maarifləndirmə işi yol hərəkətinin təhlükəsizliyinə öz müsbət təsirini göstərir. Qəzalarda həyatını itirənlərin və xəsarət alanların sayında getdikcə azalma müşahidə olunur. Lakin təəssüf ki, hələ də bir çox ciddi qayda pozuntuları aşkarlanmaqdadır. Bunların da qarşısının alınması istiqamətində lazımi tədbirlər görülür. 
Təhsil şöbəsinin nümayəndələri və məktəbin pedaqoji heyəti keçirilən tədbirə görə öz minnətdarlıqlarını bildiriblər. Məktəblilər isə yol-hərəkəti qaydaları və vətənpərvərlik mövzularında bir sıra səhnəciklərlə çıxış ediblər. 
Tədbirin sonundan məktəblilərə Baş İdarənin dəstəyi ilə nəşr edilmiş "Yol hərəkəti qaydaları əlifbası" kitabı hədiyyə olunub.
Nizam Həmidov
DİN Mətbuat Xidmətinin əməkdaşı

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ