SON DƏQİQƏ

Ramin Hacılının qayınanası: “Onu ətrafındakılar aldadıb”

Tarix:6-06-2018, 14:20

Dövlət Sərhədi Xidmətinin (DSX) sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhə­dinin pozulmasının qarşısı alınıb.

Belə ki, dövlət sərhədində 2 nəfər Azərbaycan vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.

İlkin araşdırma zamanı R. Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib.

 F. Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.

R. Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.

Saxlanılmış şəxslər barəsində Cina­yət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb. 


Qeyd edək ki, Ramin Hacılı siyasi fəal kimi tanınıb, o, Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin rəhbəri kimi də təqdim olunur.


Modern.az
 saytı Ramin Hacılının həyat yoldaşı, yazar Aysel Əlizadə ilə əlaqə saxlamağa cəhd etsə də, alınmayıb.

Aysel Əlizadənin anası tanınmış şairə Kamalə Abiyeva isə saytımıza açıqlamasında bunları deyib:

"Çox istəyirəm ki, bu məsələyə görə qızımı narahat etməyəsiz. Ramin Hacılının hərəkətlərinə görə mən nə cavab verə bilərəm axı! Sadəcə onu deyə bilərəm ki, Ramin müsbət insan olub. Cibindəki son qəpiyinə qədər imkansız insanlara xərcləyib. Evsiz-eşiksiz yaşayıb, özünə nəsə bir mülk, maşın belə almayıb. Üzərində heç vaxt bahalı nəsə olmayıb. Sadəcə, onu ətrafındakılar aldadıb. Çünki işi tək Ramin görməyib ki! Hamı onu savadlı oğlan kimi tanıyır. 250 min manat borcun haradan olduğunu deyə bilmərəm. Sadəcə, deyə bilərəm ki, orada çalışan hər bir kəs o borca şərikdir. 10 nəfərin hərəsi gətirib 50 min ortaya qoysa, 500 min edir. Hərəsinə 25 min düşür. Gətirib versinlər, Raminin yaxasını qurtarsınlar. Ayselin  də təmiz adı var. Həmişə öz zəhməti ilə yaşayıb. Artıq Ayselin də olanlara qarşı gücü qalmayıb”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ